Baki ş., Nəsimi r. Tbilisi pr., 3007 məhəllə
+012 555 06 09
info@mpm.az

Mirzəyev Ramil Nazim

Ramil Nazim oğlu Mirzəyev 1977-ci il aprelin 15-də İsmayıllı rayonunda anadan olub. 1996 – 1998 – ci illərdə Aərbaycan ordusunun  N saylı hərbi hissələrində həqiqi hərbi xidmətdə olub. 1999 – 2003 – cü illərdə ADPU – nun “Pedaqogika və psixologiya” fakültəsində Psixologiya ixtisası üzrə bakalavr, 2003 – 2005 – ci illərdə ADPU – nun “Ümumi psixologiya” kafedrasında eyni adlı istiqamət üzrə magistr təhsili alıb. Bundan əlavə o, 2008-2012-ci illərdə doktorantura təhsili almış və 2016-cı ildə Bakı Dövlət Universitetində uğurla müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Həmçinin 2014 – cü ildən Türkiyə Koçluq Akademiyasının İ-NLP üzrə təlimlərinə qatılmış və NLP praktik kimi bu akademiyanın üzvüdür.

Ramil Mirzəyev 2003 – cü ildən bir sıra təşkilatlarda psixoloq-konsultant kimi fəaliyyətə başlamışdır. Paralel olaraq o psixologiya üzrə tədris fəaliyyətilə də məşğuldur. 2005 – 2006 – cı illərdə  Baki Asiya Universitetində, 2006 – 2009 – cu illərdə ADPU – nun “Ümumi psixologiya” kafedrasında müəllim işləmiş, 2008 – ci ildən hal hazıra kimi Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasında çalışır və dosent vəzifəsindədir. O, bəzi xarici ölkələrdə olmuş və praktik psixologiya üzrə təcrübə keçmişdir. Xeyli sayda tezis, elmi məqalə, tədris proqramlarının, bir monoqrafiyanın müəllifi və “İnsanı tanımağın yolları” adlı dərs vəsaitinin həmmüəllifidir. Ailəlidir,  iki övladı var.