Baki ş., Nəsimi r. Tbilisi pr., 3007 məhəllə
+012 555 06 09
info@mpm.az

Ağamirova Nərmin Nizami

Ağamirova Nərmin Nizami qızı, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya ixtisasının bakalavr pilləsi üzrə təhsil almışdır. 2012-2014-cü illərdə isə Bakı Dövlət Universitetinin “ Sosial Elmlər və Psixologiya” fakültəsinin Klinik Psixologiya ixtisası üzrə magistr dərəcəsi almışdır. 2009-cu ildə “Psixoanaliz”, 2010-cu ildə “Klinik Psixologiya”, 2011-ci ildə “Ümumi Psixoterapiya” kurslarını bitirmişdir. 2014-cü ildə “Autizm dünyasına səyahət” seminarının iştirakçısı olmuş, həmin ildə “PCDİ program for autism” təlimində iştirak etmişdir. Hal-hazırda Bakı Dövlət Universiteti və Aida Uşaq Psixologiya mərkəzində psixoloq vəzifəsində çalışır.