Category: Ailə psixologiyası

Педагогический подход к реабилитации

Педагогический подход к реабилитации
Дошкольное развитие
Значительную роль в жизни детей с синдромом Дауна в период формирования личности играет положительный опыт воспитания в детском саду. Его влияние можно приравнять к влиянию программ ранней педагогической помощи на развитие этих детей. Большое значение для родителей детей с синдромом Дауна, имеет детский сад, который, с одной стороны, является как бы продолжением семьи, а с другой стороны, воплощает поддержку общества, давая дополнительный стимул ребенку и семье. В детском саду ребенок с синдромом Дауна получает разнообразные знания, умения и навыки. Дети с синдромом Дауна в различных областях развития могут находиться на разных уровнях. Тем не менее, каждому из них полезно на опыте узнать, как нужно общаться с окружающими: определенная дисциплина, отработка навыков самообслуживания, общей и тонкой моторики, координации движений, умение уживаться с людьми разных типов и разного поведения. Одно из наиболее ценных умений, которые ребенок приобретает в детском саду – умение играть. Игра – естественное средство развития и усвоения получаемых знаний. Играя, дети с синдромом Дауна на первых порах нуждаются в помощи. Они должны имитировать действия, в игровой форме учиться делать какие-то определённые действия, и не только управлять происходящими событиями, но и создавать их. Они должны делать выбор и научится делиться с другими участниками игры. На их поведение налагаются ограничения, и они должны учиться действовать в команде. Эти навыки помогают сформировать правильную модель поведения и решать задачи, стоящие перед педагогами и родителями. Детский сад — идеальная возможность быть вовлеченными в основной поток сверстников, это возможность воспитываться в языковой среде с детьми, в большей степени владеющих речевыми навыками. Кроме того, детей необходимо в максимальной степени адаптировать к условиям жизни нормальных людей, следовательно, интегрировать в общество, пребывание в котором поможет ребенку с синдромом Дауна в приобретении наилучшего опыта. В детском саду организуют индивидуальные занятия с логопедом. В специализированных садиках с детьми ведут работу такие специалисты, как олигофренопедагог, логопед, воспитатели, специалист по лечебной физкультуре, музыкальный работник, преподаватели физкультуры, и библиотекарь. Для достижения наивысших результатов необходимо взаимодействие персонала детского сада и родителей. Участие родителей помогает организовать домашние задания в соответствии с занятиями в детском саду. Возраст от 3 до 6 лет имеет большое значение для формирования правильной модели поведения. Период, проведенный в детском саду, даёт возможность ребенку активно участвовать в жизни общества.

Hazırladı:Məlahət Dadaşova -Psixoloq

Psixoloji Pozuntular zamanı kimə Müraciət edilməli?

Psixoloji problemlər zamanı kimə müraciət etmək lazımdır?
Psixoloji normal olduğumuzu necə anlaya bilərik? Psixoloji narahatlıq müxtəlif səbəblərlə insanın düşüncəsində, ruh halında ya da davranışlarında problem olması halıdır.
Bəs psixoloji narahatlıq nece müəyyən edilir?
Psixoloqlar və psixiatristlər testler yerinə əlamətlərə, simptomlara və ortaya cıxan funksional pozuntulara baxaraq diaqnozqoyurlar.
Funksional pozuntular, duş almaq ya da işə getmək kimi təkrarlanan işləri ya da gündəlik vəzifələri yerinə yetirə bilməməkdir.
Əlamətlər, hər obyektiv müşahidəçinin fərqinə vara biləcəyi işarələrdir, məsələn, hədsiz əsəbilik ya da tez-tez nəfəs alib vermək.
Simptomlar, bədbəxtlik ya da ümidsizlik kimi, xəstə tərəfindən dərk edilən ya da hiss edilən duygulardır.
Əlamətlər, simptomlar və funksional pozuntular necə müəyyən edilir?
Psixoloqlar və psixiatristlər sahib olduğunuz əlamətlərin, simptomların ya da funksional pozuntuların normal ya da anormalolduğunu necə müəyyən edirlər? Mütəxəssislər çox vaxt bu təxminləri irəli sürürlər :
Öz qəbul etdikləriniz. Düşüncələrinizi, davranışlarınızı və funksionallığınızı necə dərk etməiniz sizin üçün nəyin normal olduğunumüəyyən etmək üçün istifadə edirlər. Bəzi məsələləri həll edə bilmədiyinizin fərqinə vara bilərsiniz. Ya da daha öncə etməkdən zövq aldığınız günlük fəaliyyətləri artıq edə bilmədiyinizi ya da etməkdən zövq almadığınızı düşünə bilərsiniz. Əgər depresiyadasınızsa günlərlə qabları yumaya bilər, duş almağı dayandıra bilər, sosiallaşmaqdan qaça bilər, hobbilərinizə olan marağınızı itirə bilər, ya da ailənizə normaldan çox qışqırmağa başlamış ola bilərsiniz. Özünüzü üzgün, ümidsiz, cəsarəti qırılmış və vaz keçmiş hiss edə bilərsiniz. Bu davranışların normaldan fərqli olduğunun fərqinə vara bilər, nələrinsə yanlış olduğunudüşünə bilərsiniz
Başqalarının qəbul etdikləri. Öz hissləriniz obyektiv olmaya bilər və davranışlarınız, düşüncələriniz ya da funksionallaığınız mövzusunda yetərincə doğru məlumat verməyə bilər. Halbuki tərəfsiz müşahidəçilər bunu təmin edə bilər. Sizə görə həyatınız kifayət qədər normal gedə bilər. Lakin çevrənizdəki insanlara qəribə və anormal gələ bilər. Bu, çox vaxt Şizofrenlər üçün keçərlidir. Əgər şizofrensinizsə səslər eşidə bilərsiniz və başqa bir insanla münasibət qurduğunuzu düşünərək bu səslərlə danışmağa davam edə bilərsiniz. Bu vəziyyəti müşahidə edən birisi üçün davranışınız anormal gələcəkdir.
Mədəni və etnik normalar. Çox vaxt nəyin normal, nəyin anormal olduğu içində olduğumuz mədəniyət tərəfindən müəyyən edilir. Lakin sizin mədəniyyətinizdə normal qəbul edilən bir davranış başqa bir mədəniyyətdə anormal olaraq qarşılana bilər.
Bir insanın Psixoloji narahatlığını müəyyən etməkdə çox vaxt bu 4 sahə göz önünə alınır. Psixoloq ya da psixiatrist sizə özünüzü necə hiss etdiyinizi, başqalarının sizin davranışlarınızda ya da ruh halınızda bir fərqlilik görüb görmədiklərini və ailə quruluşunuzu soruşa bilər. Bundan başqa psixoloji testlərə cavab verməyinizi istəyə bilər.
Göz önünə alınan digər faktorlar:
Simptomlarınızın neçə müddət davam etdiyi
Simptomlarınızın nə qədər şiddətli olduğu
Simptomların sizi nə qədər naraht etdiyi
Simptomlarınızın normal yaşantınıza nə qədər təsir etdiyi
Psixoloji narahatlıqlar, hədsiz stress, acı çəkmək ya da funksional pozuntularla əlaqəli olaraq insanın düşüncəsində, ruh halında ya da davranışlarında dəyişikliklər olması halıdır.
Müalicə etmək ya da etməmək : Müalicə hər zaman gərəkli deyildir.
Həqiqətən diaqnoz qoyula biləcək bir psixoloji narahatlığınız olsa belə, günlük yaşamınızda müalicə tələb edəcək qədər önəmli bir problem yaratmamış ola bilər.
Məsələn, hörümçəkləri düşünün. Onlara qarşı hədsiz bir qorxunuz ola bilər, lakin heç bir zaman hörümçəklərlə qarşılaşmamış ola bilərsiniz, ya da hörümçək gördüyünüzdə birisini çağırıb yardım istəyə bilərsiniz. Bu səbəbdən bu fobiyanın yaşamınıza çox az təsiri ola bilər və normal yaşamınızda heç bir əksiklik yaratmaya bilər. Bu cür bir vəziyyətdə müalicəyə gərək varmi? Xeyr. İnsanın vəziyyətinə bir diaqnoz qoyula bilər, amma müalicə gərəkməz. Nəticə olaraq psixoloji müalicə sadəcə insanın günlük həyatını davam etdirməsinə mane olan vəziyyətlərdə düşünülür.

Hazırladı:Aynur Əlibəyova -Psixoloq

AİLƏ PSİXOLOGİYASI

Xoshbext aile olmaq ucun!
Təcrübələr nəticəsi, alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq:

1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır.

2) Xoşbəxt bir ailə birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər.

3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır.

4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz.

5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir.

6) Yoldaşlar, sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər.

7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülər üzlü olunmalıdır.
8 ) Kiçik və böyük hər qüsurda ağır tənqidlərdən çəkinilməlidir. Bağışlayıcı olunmalıdır.

9 ) Mübahisəni çıxdığı nöqtədə tutmağa çalışılmalıdır; keçmişdə qalmış digər bir mövzunu da içinə alacaq şəkildə genişlətilməməlidir. Təşəbbüsün əldən qaçmasına fürsət verilməməlidir.

10 ) Yersiz və əsassız qısqanclıq, şübhə və şübhələr dağıdıcıdır. Reallığa baxmaq lazımdır, zənnlərə görə hərəkət etilməməlidir.

11 ) Yoldaşına, həm sənə həm də öz özünə güvən təlqin et/ət. Ona güvəndiyini göstər.

12 ) Xoşbəxt ola bilmək üçün, yaxşı bir yoldaşla evlənmiş olmaq yetərli deyil; sənin də münasib bir yoldaş olmağın lazımdır.

13 ) Təmizlik imanın yarısı və əbədi bir sevginin təməl şərtidir.

14 ) Həyat yoldaşınla xoşbəxt bir həyat üçün, şəxsiyyətinin ayrılmaz parçası saydığın bəzi şeylərdən güzəşt verməyin, elastik olmağın lazım ola bilər.

15 ) Özün üçün istədiyin gözəl şeyləri həyat yoldaşın üçün də istə, özünü düşündüyün qədər onu da düşün.

16 ) Almaq qədər verməyi də bilməlisən. Eqoist olunmamalıdır.

17 ) Hər kişi, xanımının hər mövzuda ən yaxşısını etməyə çalışan; günəş kimi sevgi və şəfqətiylə özünü istilədən ideal bir yoldaş olmasını istər. Hər xanım da, yoldaşının tam etibarlı güclü bir şəxsiyyət sahibi, hər cür ehtiyaclarını təmin edəcək bir kimsə olmasını arzu edər. Tərəflər, bu ideal standartı tutma səyi içində olmalıdır.

18 ) Həyatda əskik olmayan hər çətinlik və mənfilikdə dərhal yoldaşını günahlandırma; mövzuya insafla bax.

19 ) Tək bu günü yaşa, keçmişdə yaşanmış kədərləri və hələ gəlməyən sabahkı qayğıları bu günə daşıma. İmkanların çərçivəsini aşmadan yaşamağa bax.

20 ) Nigah aktının çox müqəddəs bir bağ və Allah’a verilmiş bir söz olduğunu bilməlisən. Bu mövzuda irəlidə peşman olacağın bir addımı atmadan əvvəl min dəfə düşünməlisən.

21) Ailə həyatı üçün eşq və sevgi əhəmiyyətli və zəruri olmaqla birlikdə, ailənin yalnız bunun üzərində dayanacağını sanmamalısan. Başqa xüsusiyyətlərin də lazım olduğunu bilməlisən.

22 ) Həyat yoldaşına qarşı nümunə davranışlar sərgiləməlisən; yaxşı şəxsiyyətini yalnız dilinlə deyil, davranışlarınla da ortaya qoymalısan.

23 ) Necə gəldi, qonşu və qohumlarının aranıza girməsinə fürsət verməməlisən; mümkün mərtəbə ailə içi problemləri özünüz həll etməyə çalışın.

24 ) Həyat yoldaşında səhv olaraq gördüyün bəzi şeyləri düzəltmədə tələsikçi olma; dəyişməsi üçün zamana ehtiyac duyan qüsurlar ola bilər. Kiçik səhvləri böyütmək lazım deyil.

25 ) Evliliyin öhdəçilik və məsuliyyətlərini könül xoşluğuyla qəbul etməlisən və tam bir inamla öz boynuna götürməlisən.

26 ) Anlaşılmazlıq və mübahisə səbəblərindən mümkün qədər çəkinməlisən.

27 ) Yoldaşınla müştərək işlər etməyə vaxt ayır ki, irəlidə sizin üçün xoşbəxt xatirələr qalsın və sizi bir-birinizə daha çox yaxınlaşdırsın.

28 ) Yoldaşına, son dərəcə sərbəstcə özünü ifadə etmə və qabiliyyətlərini inkişaf etdirmə fürsəti tanımalısan. Heç bir istiqamətini lağ mövzusu etməməlisən.

XEBERİ YERLƏŞDİRDİ:KÖNÜL ƏHMƏDOVA

Categories: Ailə psixologiyası

Nitq və dil qüsuru

Nitq və dil qüsurları ünsiyyət zamanı və şifahi nitq funksionallığı kimi sahələrdə aşkarlanan problemlərlə bağlıdır .Bu qüsurlar sadə səs dəyişmələrindən başlamış nitq funksionallığı üçün zəruri olan dil anlamaq və dildən istifadə etmək,yaxud ağız əzələsindən istifadə etmək qabiliyyətinin yoxluğuna qədər hüdudlanır.Nitq və dil qüsurlarını törədən bəzi səbəblər sırasında eşitmə qabiliyyətinin pozulması,nevroloji pozuntular,beyin zədələnməsi,əqli gerilik,narkotiklərdən istifadə,dodaq çatı,yaxud qurd ağızlılıq kimi fiziki əlilliklər və peşə xəstəliklərinə aid halları göstərmək olar.
Nitq qüsurları danışıq səslərinin çıxarılmasındakı çətinliklər,yaxud da səsçıxarma keyfiyyətinin doğurduğu problemlərləbağlıdır.Nitq qüsurları – səslərin formalaşması ilə bağlı tələffüzdə yarananproblemlər deməkdir.Bunlar səs yüksəkliyi,səs həcmi və ya səs keyfiyyəti ilə əlaqədar çətinlikləri də bildirir.
Dil qüsuru sözlərin həm şifahi,həm də qeyri-şifahi kontekstdə anlaşılması,yaxud istifadəsində yaranan bir pozuntu halını əks etdirir. Dil qüsurlarının bəziəlamətləri sırasında sözlərin və mənaların müvafiq olmayan tərzdə istifadəsi,fikirləri ifadə etməkqabiliyyətinin olmaması,qrammatik qaydalara əməl edilməməsi,söz ehtiyatının kasadlığı və təlimatlara əməl edilməməsi hallarını göstərmək olar .Bu əlamətlərin biri,yaxud birlikdə hamısı dil öyrənməklə bağlı əlillikləri olan,yaxud dil inkişafı ləng gedən uşaqlarda aşkarlana bilər.Belə uşaqlar sözü eşidə və görə bilsələr də,mənasını anlamaya bilərlər.Belələri başqaları ilə ünsiyyət zamanı nə demək istədiklərini anlatmaqda da əziyyət çəkə bilərlər

Məqaləni hazırladı : Defektoloq – Loqoped : Ülvi Həsənli.

No Comments Categories: Ailə psixologiyası, Psixologiya

AİLƏ PSİXOLOGİYASI

Daxili funksiyalar bununla əlaqəlidir ki, ailə, sosial qrup olaraq, təşkilat şəklində fəaliyyət göstərir və bir sıra vəzifələri icra edir: təsərüffat-məişət, tərbiyəvi, istehlak və idarəetmə.
Cəmiyyətdə ailə münasibətlərinin tarixi formaları müxtəlif olmuşdur. Bu formaların təbii və sosial tərəflərinin ifadə tərzi də bir-birindən fərqlənmişdir.
İnsan birliyinin ilkin formalarından biri olan ailə özündə bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir, bununlada sosialidealların və davranışın meyarının mənbəyi kimi çıxış edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının, mənəvialəminin sosial mədəni özəyini yaradır. O, tarixi ənənələrin vacib ünsürlərindən biri olaraq, yeni nəsildə şüur stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər yaradırsosial təcrübəni nəsildən nəsilə ötürür.
Sosial– fəlsəfi fikir tarixində ailə problemi həmişə maraq doğurub. Məsələn “Kitabi-Dədə Qorqud” eposunda türk xalqlarının ailə- nigah münasibətlərinin təsviri mühüm yer tutur: 7- 9-cu əsrləri əhatə edən bu eposda ailə, kişi-qadın münasibətləri, valideyn, övlad, ailə və cəmiyyət haqqında çox maraqlı ideyalar irəli sürülmüşdür. Bu ideyalarda həm ümumbəşəri, həm də real milli-etnik, o cümlədən dini, hüquqi, məişət problemləri öz əksini tapmışdır. Burada o dövrün ailə münasibətlərini həm konkret, real hadisələrin təsvirində, həm də ayrı-ayrı qəhrəmanların öyüd nəsihətlərində öyrənmək olur. Bu münasibətlərin əsasını həm də dini təsəvvürlər (şəriət) təşkil etmişdir.
Böyük şair, mütəfəkkir N.Gəncəvi ailənin cəmiyyətdə rolunu yüksək qiymətləndirirdi; onun məişət-istehlak və tərbiyəvifunksiyasından bəhs edən şair eyni zamanda insanlarda yüksək əxlaqi, ümumbəşəri keyfiyyətlərin aşılanması yollarını axtarıb göstərmişdir. Nizami öz əsərlərində həm də cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirmişdir.
Görkəmli şair, filosof M.Füzuli feodal rejiminin sosial ədalətsizliyinə qarşı çıxış etmiş, əmək bölgüsünə uyğun cəmiyyətin sosialstrukturunda baş verən prosesləri təhlil edib, cəmiyyətin inkişaf qanunları, qadınların cəmiyyətdə rolu, sülh və müharibə, dövlət siyasəti, ailə haqqında ibrətli fikirlər irəli sürmüşdür. Füzulinin məhəbbət aləmində kişi və qadın arasındakı sevgidən bəhs edilir: şairin təsvirində məhəbbət-azadlıq, ədalətlilik və müstəqillik deməkdir, çünki əsil məhəbbət insanları cəhalətdən, feodal zülmündən uzaqlaşdırır, daha mükəmməl olmağa imkan yaradır.
Görkəmli filosof, astronom N. Tusi ailədə sosial funksiyaların yerinə yetirilməsində sosial mühiti qiymətləndirərkən, yazmışdı: “İnsan yaşamaq üçün öz əzəli, təbii ehtiyaclarını ödəməlidir, bunun üçün də cəmiyyətdə birləşməli, fəaliyyət göstərməlidir”. Cəmiyyətdə insanın təbii sığınacağı ailədir. Ailədə həm nəsil artırılır, həm də ev-eşik qorunub saxlanılır, həm də ailə üzvləri lazımi tərbiyə alır. Tusi, ailənin yaranmasında adət-ənənə, idarəçilik vərdişlərinin, sosial psixoloji mühitin rolunu xüsusi olaraq qeyd edirdi. O, ailədə idarəetmə funksiyasının icrasında əsas rolu ailə başçısına aid edir. Ev sahibi ailənin maddi təminatına, vacib məsələlərin həllinə, tərbiyə işlərində mükafatlandırma və cəzalandırma, əmək bölgüsünün təşkilinə cavab verməlidir. Tusi münasibətlərin idarəetmə baxımından tənzimlənməsi problemlərini də nəzərdən keçirmiş, məişət–istehlak funksiyasının vacibliyindən bəhs etmişdir. Bu funksiyaların ən vacib olduğunu sayan Tusi onların həyata keçirilməsi yolunu yüksək əxlaqi dəyərlərə əsaslanmaqda görürdü.
Digər görkəmli filosof S.Urməvi etik məsələlər sırasında ailə münasibətlərinin struktur və idarəolunması problemlərini də araşdırmışdır. Ailə üzvləri bir-birilə qarşılıqlı məsuliyyət və hörmət şəraitində davranmalıdırlar. Tərbiyə sosiallaşma prosesində ailə, müəllim və mühitin rolunu qeyd edən filosof hesab edirdi ki, ictimai münasibətlərin iştirakçısı olan hər bir şəxs öz fəaliyyətində dil, təfəkkür və triadasından vəhdət halında istifadə etməlidir.
Qədim yunan fəlsəfəsində ailə probleminə Aristotel belə münasibət bildirib: “Ailə insanların birgə yaşayışın ilk təbii formasıdır, tarix boyu dəyişilməyib qalandır”. Ailənin üç ikitərəfli hissəsi və bu hissələrə uyğun üç münasibətlər forması var: quldar və qul, ər və arvad, valideyn və övladlar. Hakimiyyət qul üzərində, arvad və uşağın üzərində olur. Belə hakimiyyət bir növ monarxiyaya bənzəyir. Arvadın hakimiyyətdə olması təbiətə ziddir: Susmaq qadına yaraşıq verir (Sofokl). Qadına bu cür münasibət təbii idi. O dövrün cəmiyyətində qadın mədəniyyət, təhsil, ictimai işlər, siyasətdən tamamilə uzaqlaşdırılmışdı. Platonun ailə haqqındatəsəvvürləri ideal dövlət quruluşundan irəli gəlirdi. O qeyd edirdi ki, ailə münasibətlərini bütövlükdə dövlət tənzim edir. Onun təlimində təbəqələşməyə və sosial struktura uyğun cəmiyyətin bəzi üzvləri ailə qurmaq imkanından məhrum edilirdi. Ailə quranlar isə bütün həyatını, uşaqların tərbiyəsini uşaqların mənafeyinə həsr etməlidirlər.
Tarixin bütün dövrlərində ailə ictimai inkişafın əsas xüsusiyyətlərini özündə əks etdirmişdir, ictimai fikir isə bu xüsusiyyətləri ifadə etməyə çalışmışdır. Məsələn, İ.Kant “Kişi və qadınlarda gözəllik və əzəmət” əsərində qadınlarda gözəl olan xüsusiyyətlərin sırasında incəliyi, yumşaqlığı, dostluqda sədaqətliliyi, üzügülərliyi, zarafatcıllığı, gözəlliyə, bəzəyə, zərifliyə meyilli olmasını qeyd edirdi.
Qadınların qismətinə “gözəl düşüncə”, kişilərin payına isə “dərin ağıl” düşür. Əsil məhəbbət, həqiqi gözəl hiss və duyğular, yüksək əxlaq da mənəviyyata əsaslanmalıdır.
Qadına qarşı olan məhəbbət ümumiyyətlə məhəbbətin əsasıdır. Qadını sevməyən insanları da sevməz” deyən L.Feyerbax da məhəbbətin zəkanın və təbiətin universal qanunu olduğunu qeyd etmişdir. Məhəbbət insan üçün ən ali və ilkin qanundur. İnsanların birgə yaşayış qaydalarını ilahiləşdirən Feyerbax qadın-kişi məhəbbətinə nigaha da dini məna verirdi.
Ailə problemi müasir dövürdə çox elmlər o cümlədən sosiologoya tərəfindən öyrənilir. Ən çox öyrənilmiş sahələr ailəninreproduktiv funksiyası, qadının peşə fəaliyyəti və ictimai vəzifələri, ailə uşaqların tərbiyə olunması, valideynlər və uşaqların münasibətləridir.
Ailə bütün fəaliyyət sahələrində həm ictimai həm də fərdi funksiyaları yerinə yetirir. Ailənin funksiyaları tarixi kateqoriyalardır, ənənəvi və müasir xarakter daşıyır.
Ailənin mənəvi funksiyasının sosial – psixoloji təhlilini aparanlardan biri də E.From (1900-1980) olmuşdur. O ömrü boyu dünyanın totalitarizm kabusundan azad olunması uğrunda mübarizə aparıb, yalançı ideologiyaları ifşa edib, ümumbəşəri dəyərlərin əbədiliyini, dönməzliyini sübut etməyə çalışmışdır. From sülh və məhəbbət uğrunda, düşmənçilik və aqressiv nadanlığa qarşı çıxış edirdi.
Sosial psixologiya, psixoanalitika sahəsində qazandığı geniş təcrübə E.Froma insan psixikasının formalaşmasında bioloji və sosial başlanğıcların nisbətinə yeni baxış yaranmağa imkan verdi. 1956-cı ildə dərc etdiyi “Sevmək sənəti” əsərində o, öz başlıca mövzularından birinə texniki sivilizasiyanın neqativ aspektləri, təbii sərvətləri tənzimləyən istehlakı probleminə müraciət edərək, insan psixikasının formalaşmasında sosial amillərin rolunu neofreydizm mövqeyindən qiymətləndirməyə cəhd edir. O göstərirdi ki, insan öz həyatında müəyyən seçim qarşısında qalır: aqressivlik və yaxud tabeçilik? yalnız ağıl zorakılığa, sonu olmayan, düşüncəsiz dağıdıcı fəaliyyətə son qoya bilər. “Sevmək sənəti”- E.Formun ən çox oxunan kitabıdır. Froma görə nə qədər ki, “sağlam cəmiyyət” qrulmayıb, nə qədər ki, tənhalıq, real problemlərdən illüziyalı, narkotik alkoqol dünyasına qaçmaq cəhdləri vardır, bir o qədər də məhəbbətsevmək eşqi möcüzələr yaratmağa qadirdir, çünki bu hiss qorxu, inamsızlıq ilə mübarizə apara bilər.
Həkim – psixoanaltik E.From qeyd edirdi ki, sevmək– həm sevilmək, həm də sevməyi bacarmaq deməkdir. Sevilmək üçün kişilər adətən çalışırlar ki, işləri uğurlu olsun, güclü, dövlətli olsunlar. Qadınlar isə çalışırlar ki, xarici görnüşü, paltarı fiqurası gözəl olsun: həm kişi, həm də qadın ədəb ərkanı öyrənir, maraqlı söhbət aparmağa çalışır, kömək etməyə can atırlar, təvazökar olurlar və s. insanlar düşünürlər ki sevmək asandır, sevgi obyektini tapmaq çətindir. From isə göstərirdi ki, sevmək bacarıqdır məhəbbət gərək kor olmasın. Xoşuna gəlmək hələ daimi sevmək demək deyildir. Sevmək sənətinin nəzəriyyəsi və paktikası vardır. Hər ikisini tədqiq etmək olar; lakin üçüncü tərəf də nəzərə alınmasa sevmək sənətinə yiyələnmək mümkün deyildir. Bu insanın gecə-gündüz özünü, öz qüvvə və bacarığını sevgiyə həsr etməsidir. İnsan sevilmək və sevmək ehtiyacı duyur, lakin onun üçün daha vacib prestij, hakimiyyət, pul, şan–şöhrət olur, bütün enerjisini bu sahələrə sərf edir, çünki buradan fayda götürə bilir, məhəbbət isə yalnız mənəviyyata və qəlbə lazımdır.
From hesab edirdi ki, məhəbbət insan mövcudluğu probleminə olan bir cavabdır. İnsan tənhalıq zindanından uzaqlaşmağın yeganə yolunu sevmək və sevilməkdə görür. Fərdlərarası ünsiyyət yaratmaq insanlarda olan ən böyük tələbat, ən böyük qüvvədir. From insanların birləşmək ehtiyacının ödənilməsinin bir neçə formasını göstərir: yetkin, həqiqi məhəbbət və yetkin olmayan formalar –(idtiifaqlar): bunun da passiv forması bir tərəfin digərinə tam tabe olmasıdır (mazoxizm), aktiv forması isə-sadizm; şəklində tənhalıqdan qaçmaq, gördüyü əməllərdən özündə qüvvə toplamaqdır.
Bunlardan fərqli olraq, sevgi hər iki tərəfin fərdi xüsusiyyətlərinin saxlanılması şərti ilə onları tənhalıq, izolyasiyası hissindən qurtarmaq deməkdir. From başa düşür ki, həqiqi məhəbbət çox nadir hadisədir.
Ailə gəlib birdən-birə bugünki səviyyəyə çatmamışdır. O öz inkişafında bir neçə tarixi mərhələdən keçmişdir.
Lap qədimlərdə insanlar arasında cinsi münasibətlər heyvanlarda olduğundan çox az fərqlənirdi. O dövürdə ərlərin və arvadların ümumiliyi hökm sürüdü. Cinsi əlaqələrdə heç bir məhdudiyyət qoyulmurdu. Yalnız bir müddət keçdikdən sonra münasibətlər tənzim olunmağa başlandı, əvvəlcə yaxın qohumlar arasında, sonra isə qəbiləsinin daxilində cinsi əlaqələr qadağan edildi. Cəmiyyət formalaşıb inkişaf etdikcə bu sahədə müəyyən irəliləyişlər baş verdi. İbtidai icma dövründə qrup nigahı əsas yer tuturdu. Ər və arvad qəbilə daxilində yaşayırdılar. Uşaqlar əsasən də analarını və onların yaxın qohumlarını tanıyırdılar. Bir müddət keçdikdən sonra kişilər evləndikləri arvadın qəbiləsi daxilinə köçüb orada yaşamağa başladılar. Sonralar cüt (ikili) nigahyaranmağa başladı. İlk dövrlərdə ailənin öz təsərrüfatı yox idi və o təsərrüfat funksiyası həyata keçirmirdi. Ər ilə arvad bərabər hesab olunurdu. Matriarxat (ananın hökmranlığı) qadın əməyi (əkinçilik) kişi əməyindən (ovçuluq) daha səmərəli hesab olunurdu. Maldarlığın genişlənməsi, əkinçilikdə qoşqu qüvvələrinin tətbiqi, ağır əmək növləri və alətlərinin yaranması ilə əlaqədar olaraq kişi əməyinə tələbat artdı. Bunun nəticəsində matriarxat patriarxat (atanın hökmrankığı) ilə əvəz olundu. Qadın ərə getdikdən sonra ərinin yanına köçüb yaşamağa başladı. Beləliklə uşaqlar atanın adını daşıdı, monoqam (tək nigahlı) ailə formalaşdı bu, hadisə cəmiyyətdə xüsusi mülkiyyətnin meydana gəldiyi dövrə quldarlıq quruluşuna təsadüf edir. Xüsusi mülkiyyət yarandıqdqn sonra qadının ərinə sədaqəti məsələsi daha ciddi əhəmiyyət aldı. Bu dövrdə hüquqi qnunları, əxlaq normaları və dini ehkamlar ailədəkişinin ağalığını möhkəmləndirməyə, arvad tərəfindən nigahın pozulmasını qadağan etməyə yönəlmişdi. Əgər əvvəllərdə qız özünə ər seçməkdə müəyyən qədər müstəqil idisə sonralar nigah münasibətləri də alqı-satqı obyektinə çevrilməyə başladı.
Bütövlükdə quldarlıq dövründə qullar ailə qurmaqdan məhrum idilər. Quldarlar arasında isə təknigahlılıq çox vaxt çoxnigahlılığa çevrilirdi.
Feodalizmdə ailə münasibətləri və nigah cəmiyyətinin silki qurluşunun güclü təsiri altında mövcud olmuşdur. Bu dövrdə ailədə ərin hökmranlığı bir qədər zəifləyir, çünki ev təsərrüfatının aparılmasında və uşaqların tərbiyəsində qadının rolu artmağa başlayır. Kəndli ailəsindı ümumi qadın hüquqsuzluğu özünü göstərsə, bəzi hallarda zəhmətkeş anaya, evin xanımına rəğbətlə yanaşılırdı.
Kapitalizm cəmiyyətində monoqam ailə daha da inkişaf edir. Bu dövrdə qadının iqtisadi münasibətləri inkişaf etdikcə ailə münasibətləri də təkmilləşir, yeni mərhələyə yüksəlir.
Ailənin əsasını ər ilə arvad arasında rəsmi qaydada bağlanmış nigah əlaqələri təşkil edir. Onların biri digərində öz həyatının tamamlayıcısını tapır. Nəticədə ər ilə arvadın həqiqi uyğunlaşması baş verir. Qeyd edək ki, ailədə şəxsiyyətlərarası uyuşma çox çətin və incə məsələdir. Həyatda, əmək fəaliyyətində, təhsildə, komunikasiya prosesində bir-biri ilə ünsiyyətdə olan insanların bir-birilə uyuşma səviyyəsi müxtəlif olur. Şəxsiyyətlərarası uyuşma ünsiyyətdə, birgə fəliyyətdə və yaxud ailədə qarşılıqlı qəbuletmə deməkdir. O dəyərlər oriyentasiyasının optimal əlaqələndirilməsinə, sosial və əxlaqi mövqelərə, zövq ümumiliyinə, temperament və xarakter göstəricilərinə, emosional və intellektual tərəflərə əsaslanır. Ailədə ərlə arvadın bir-birilə uyuşması, qarşılıqlı razılıq və qane olma, psixoloji, fzioloji və digər incəliklərlə bağlıdır. Ailədə şəxsiyyətlərarası uyuşma olduqda qarşılıqlı rəğbət, münasibətlərin gələcəkdə də etibarlı olacağını təminat verir.
Ailənin əsasını nigah təşkil edir. Nigah ər ilə arvad arasındakı münasibətləri və onların qarşılıqlı öhdıliklərini hüquqi yolla rəsmləşdirən müqavilədir. Nigah sevgiyə və inama arxalandıqda daha möhkəm olur. Vaxtıilə hegel deyirdi ki, iki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır.
Nigahın emosional-psixoloji, mənəvi və estetik dayaqları sevgi münasibətləridir. Lakin nəzərdə tutulmalıdır ki bəzən nigahsevgidən kənarda və sevgi isə nigahdan kənarda ola bilir. Arximed deyirdi ki, sevgi elə bir teoremdir ki, onun hər gün sübut olunmağa ehtiyacı vardır. Sevgi– dərin və sabit yaşantılarda, fikrin və işin daim sevdiyi adama yönəlməsində, ona doğru azad, təmənnasız və fədakarcasına can atmasına ifadə olunan fərdi seçim hissidir.
Sevgi cismani yaxınlıqdan daha çox mənəvi emosional ülfətə ehtiyacdan törəyir. O şəxsiyyətin formalaşmasına, özünüreallaşdıra bilməsinə və yaradıcı imkanlarının üzə çıxarılmasına güclü təsir göstərir.
Sevginin mənəvi estetik əsasları bunda ifadə olunur ki,insan özünə digər cinsdən mənəvi dayaq tapır, bu isə onun həyat enerjisinin artmasina, uzunmüddətli sevinc hissinin möhkəmlənməsinə müsbət təsir edir.
Ailənin gələcəyini müəyyən edən mənəvi psixoloji, sosial-iqtisadi siyasi və digər amillər daim ictimiyyətin, dövlətin sosialsiyasətinin diqqət mərkəzində olmalıdır.
XEBERİ YERLEŞDİRDİ: ÜLVÜ

No Comments Categories: Ailə psixologiyası, Psixologiya

AİLƏ PSİXOLOGİYASI

Daxili funksiyalar bununla əlaqəlidir ki, ailə, sosial qrup olaraq, təşkilat şəklində fəaliyyət göstərir və bir sıra vəzifələri icra edir: təsərüffat-məişət, tərbiyəvi, istehlak və idarəetmə.
Cəmiyyətdə ailə münasibətlərinin tarixi formaları müxtəlif olmuşdur. Bu formaların təbii və sosial tərəflərinin ifadə tərzi də bir-birindən fərqlənmişdir.
İnsan birliyinin ilkin formalarından biri olan ailə özündə bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir, bununlada sosial idealların və davranışın meyarının mənbəyi kimi çıxış edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının, mənəvi aləminin sosial mədəni özəyini yaradır. O, tarixi ənənələrin vacib ünsürlərindən biri olaraq, yeni nəsildə şüur stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər yaradır, sosial təcrübəni nəsildən nəsilə ötürür.
Sosial- fəlsəfi fikir tarixində ailə problemi həmişə maraq doğurub. Məsələn “Kitabi-Dədə Qorqud” eposunda türk xalqlarının ailə- nigah münasibətlərinin təsviri mühüm yer tutur: 7- 9-cu əsrləri əhatə edən bu eposda ailə, kişi-qadın münasibətləri, valideyn, övlad, ailə və cəmiyyət haqqında çox maraqlı ideyalar irəli sürülmüşdür. Bu ideyalarda həm ümumbəşəri, həm də real milli-etnik, o cümlədən dini, hüquqi, məişət problemləri öz əksini tapmışdır. Burada o dövrün ailə münasibətlərini həm konkret, real hadisələrin təsvirində, həm də ayrı-ayrı qəhrəmanların öyüd nəsihətlərində öyrənmək olur. Bu münasibətlərin əsasını həm də dini təsəvvürlər (şəriət) təşkil etmişdir.
Böyük şair, mütəfəkkir N.Gəncəvi ailənin cəmiyyətdə rolunu yüksək qiymətləndirirdi; onun məişət-istehlak və tərbiyəvifunksiyasından bəhs edən şair eyni zamanda insanlarda yüksək əxlaqi, ümumbəşəri keyfiyyətlərin aşılanması yollarını axtarıb göstərmişdir. Nizami öz əsərlərində həm də cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirmişdir.
Görkəmli şair, filosof M.Füzuli feodal rejiminin sosial ədalətsizliyinə qarşı çıxış etmiş, əmək bölgüsünə uyğun cəmiyyətin sosial strukturunda baş verən prosesləri təhlil edib, cəmiyyətin inkişaf qanunları, qadınların cəmiyyətdə rolu, sülh və müharibə, dövlət siyasəti, ailə haqqında ibrətli fikirlər irəli sürmüşdür. Füzulinin məhəbbət aləmində kişi və qadın arasındakı sevgidən bəhs edilir: şairin təsvirində məhəbbət-azadlıq, ədalətlilik və müstəqillik deməkdir, çünki əsil məhəbbət insanları cəhalətdən, feodal zülmündən uzaqlaşdırır, daha mükəmməl olmağa imkan yaradır.
Görkəmli filosof, astronom N. Tusi ailədə sosial funksiyaların yerinə yetirilməsində sosial mühiti qiymətləndirərkən, yazmışdı: “İnsan yaşamaq üçün öz əzəli, təbii ehtiyaclarını ödəməlidir, bunun üçün də cəmiyyətdə birləşməli, fəaliyyət göstərməlidir”. Cəmiyyətdə insanın təbii sığınacağı ailədir. Ailədə həm nəsil artırılır, həm də ev-eşik qorunub saxlanılır, həm də ailə üzvləri lazımi tərbiyə alır. Tusi, ailənin yaranmasında adət-ənənə, idarəçilik vərdişlərinin, sosial psixoloji mühitin rolunu xüsusi olaraq qeyd edirdi. O, ailədə idarəetmə funksiyasının icrasında əsas rolu ailə başçısına aid edir. Ev sahibi ailənin maddi təminatına, vacib məsələlərin həllinə, tərbiyə işlərində mükafatlandırma və cəzalandırma, əmək bölgüsünün təşkilinə cavab verməlidir. Tusi münasibətlərin idarəetmə baxımından tənzimlənməsi problemlərini də nəzərdən keçirmiş, məişət–istehlak funksiyasının vacibliyindən bəhs etmişdir. Bu funksiyaların ən vacib olduğunu sayan Tusi onların həyata keçirilməsi yolunu yüksək əxlaqi dəyərlərə əsaslanmaqda görürdü.
Digər görkəmli filosof S.Urməvi etik məsələlər sırasında ailə münasibətlərinin struktur və idarəolunması problemlərini də araşdırmışdır. Ailə üzvləri bir-birilə qarşılıqlı məsuliyyət və hörmət şəraitində davranmalıdırlar. Tərbiyə sosiallaşma prosesində ailə, müəllim və mühitin rolunu qeyd edən filosof hesab edirdi ki, ictimai münasibətlərin iştirakçısı olan hər bir şəxs öz fəaliyyətində dil, təfəkkür və triadasından vəhdət halında istifadə etməlidir.
Qədim yunan fəlsəfəsində ailə probleminə Aristotel belə münasibət bildirib: “Ailə insanların birgə yaşayışın ilk təbii formasıdır, tarix boyu dəyişilməyib qalandır”. Ailənin üç ikitərəfli hissəsi və bu hissələrə uyğun üç münasibətlər forması var: quldar və qul, ər və arvad, valideyn və övladlar. Hakimiyyət qul üzərində, arvad və uşağın üzərində olur. Belə hakimiyyət bir növ monarxiyaya bənzəyir. Arvadın hakimiyyətdə olması təbiətə ziddir: Susmaq qadına yaraşıq verir (Sofokl). Qadına bu cür münasibət təbii idi. O dövrün cəmiyyətində qadın mədəniyyət, təhsil, ictimai işlər, siyasətdən tamamilə uzaqlaşdırılmışdı. Platonun ailə haqqında təsəvvürləri ideal dövlət quruluşundan irəli gəlirdi. O qeyd edirdi ki, ailə münasibətlərini bütövlükdə dövlət tənzim edir. Onun təlimində təbəqələşməyə və sosial struktura uyğun cəmiyyətin bəzi üzvləri ailə qurmaq imkanından məhrum edilirdi. Ailə quranlar isə bütün həyatını, uşaqların tərbiyəsini uşaqların mənafeyinə həsr etməlidirlər.
Tarixin bütün dövrlərində ailə ictimai inkişafın əsas xüsusiyyətlərini özündə əks etdirmişdir, ictimai fikir isə bu xüsusiyyətləri ifadə etməyə çalışmışdır. Məsələn, İ.Kant “Kişi və qadınlarda gözəllik və əzəmət” əsərində qadınlarda gözəl olan xüsusiyyətlərin sırasında incəliyi, yumşaqlığı, dostluqda sədaqətliliyi, üzügülərliyi, zarafatcıllığı, gözəlliyə, bəzəyə, zərifliyə meyilli olmasını qeyd edirdi.
Qadınların qismətinə “gözəl düşüncə”, kişilərin payına isə “dərin ağıl” düşür. Əsil məhəbbət, həqiqi gözəl hiss və duyğular, yüksək əxlaq da mənəviyyata əsaslanmalıdır.
“Qadına qarşı olan məhəbbət ümumiyyətlə məhəbbətin əsasıdır. Qadını sevməyən insanları da sevməz” deyən L.Feyerbax da məhəbbətin zəkanın və təbiətin universal qanunu olduğunu qeyd etmişdir. Məhəbbət insan üçün ən ali və ilkin qanundur. İnsanların birgə yaşayış qaydalarını ilahiləşdirən Feyerbax qadın-kişi məhəbbətinə nigaha da dini məna verirdi.
Ailə problemi müasir dövürdə çox elmlər o cümlədən sosiologoya tərəfindən öyrənilir. Ən çox öyrənilmiş sahələr ailənin reproduktiv funksiyası, qadının peşə fəaliyyəti və ictimai vəzifələri, ailə uşaqların tərbiyə olunması, valideynlər və uşaqların münasibətləridir.
Ailə bütün fəaliyyət sahələrində həm ictimai həm də fərdi funksiyaları yerinə yetirir. Ailənin funksiyaları tarixi kateqoriyalardır, ənənəvi və müasir xarakter daşıyır.
Ailənin mənəvi funksiyasının sosial – psixoloji təhlilini aparanlardan biri də E.From (1900-1980) olmuşdur. O ömrü boyu dünyanın totalitarizm kabusundan azad olunması uğrunda mübarizə aparıb, yalançı ideologiyaları ifşa edib, ümumbəşəri dəyərlərin əbədiliyini, dönməzliyini sübut etməyə çalışmışdır. From sülh və məhəbbət uğrunda, düşmənçilik və aqressiv nadanlığa qarşı çıxış edirdi.
Sosial psixologiya, psixoanalitika sahəsində qazandığı geniş təcrübə E.Froma insan psixikasının formalaşmasında bioloji və sosial başlanğıcların nisbətinə yeni baxış yaranmağa imkan verdi. 1956-cı ildə dərc etdiyi “Sevmək sənəti” əsərində o, öz başlıca mövzularından birinə texniki sivilizasiyanın neqativ aspektləri, təbii sərvətləri tənzimləyən istehlakı probleminə müraciət edərək, insan psixikasının formalaşmasında sosial amillərin rolunu neofreydizm mövqeyindən qiymətləndirməyə cəhd edir. O göstərirdi ki, insan öz həyatında müəyyən seçim qarşısında qalır: aqressivlik və yaxud tabeçilik? yalnız ağıl zorakılığa, sonu olmayan, düşüncəsiz dağıdıcı fəaliyyətə son qoya bilər. “Sevmək sənəti”- E.Formun ən çox oxunan kitabıdır. Froma görə nə qədər ki, “sağlam cəmiyyət” qrulmayıb, nə qədər ki, tənhalıq, real problemlərdən illüziyalı, narkotik alkoqol dünyasına qaçmaq cəhdləri vardır, bir o qədər də məhəbbət, sevmək eşqi möcüzələr yaratmağa qadirdir, çünki bu hiss qorxu, inamsızlıq ilə mübarizə apara bilər.
Həkim – psixoanaltik E.From qeyd edirdi ki, sevmək- həm sevilmək, həm də sevməyi bacarmaq deməkdir. Sevilmək üçün kişilər adətən çalışırlar ki, işləri uğurlu olsun, güclü, dövlətli olsunlar. Qadınlar isə çalışırlar ki, xarici görnüşü, paltarı fiqurası gözəl olsun: həm kişi, həm də qadın ədəb ərkanı öyrənir, maraqlı söhbət aparmağa çalışır, kömək etməyə can atırlar, təvazökar olurlar və s. insanlar düşünürlər ki sevmək asandır, sevgi obyektini tapmaq çətindir. From isə göstərirdi ki, sevmək bacarıqdır məhəbbət gərək kor olmasın. Xoşuna gəlmək hələ daimi sevmək demək deyildir. Sevmək sənətinin nəzəriyyəsi və paktikası vardır. Hər ikisini tədqiq etmək olar; lakin üçüncü tərəf də nəzərə alınmasa sevmək sənətinə yiyələnmək mümkün deyildir. Bu insanın gecə-gündüz özünü, öz qüvvə və bacarığını sevgiyə həsr etməsidir. İnsan sevilmək və sevmək ehtiyacı duyur, lakin onun üçün daha vacib prestij, hakimiyyət, pul, şan–şöhrət olur, bütün enerjisini bu sahələrə sərf edir, çünki buradan fayda götürə bilir, məhəbbət isə yalnız mənəviyyata və qəlbə lazımdır.
From hesab edirdi ki, məhəbbət insan mövcudluğu probleminə olan bir cavabdır. İnsan tənhalıq zindanından uzaqlaşmağın yeganə yolunu sevmək və sevilməkdə görür. Fərdlərarası ünsiyyət yaratmaq insanlarda olan ən böyük tələbat, ən böyük qüvvədir. From insanların birləşmək ehtiyacının ödənilməsinin bir neçə formasını göstərir: yetkin, həqiqi məhəbbət və yetkin olmayan formalar –(idtiifaqlar): bunun da passiv forması bir tərəfin digərinə tam tabe olmasıdır (mazoxizm), aktiv forması isə-sadizm; şəklində tənhalıqdan qaçmaq, gördüyü əməllərdən özündə qüvvə toplamaqdır.
Bunlardan fərqli olraq, sevgi hər iki tərəfin fərdi xüsusiyyətlərinin saxlanılması şərti ilə onları tənhalıq, izolyasiyası hissindən qurtarmaq deməkdir. From başa düşür ki, həqiqi məhəbbət çox nadir hadisədir.
Ailə gəlib birdən-birə bugünki səviyyəyə çatmamışdır. O öz inkişafında bir neçə tarixi mərhələdən keçmişdir.
Lap qədimlərdə insanlar arasında cinsi münasibətlər heyvanlarda olduğundan çox az fərqlənirdi. O dövürdə ərlərin və arvadların ümumiliyi hökm sürüdü. Cinsi əlaqələrdə heç bir məhdudiyyət qoyulmurdu. Yalnız bir müddət keçdikdən sonra münasibətlər tənzim olunmağa başlandı, əvvəlcə yaxın qohumlar arasında, sonra isə qəbiləsinin daxilində cinsi əlaqələr qadağan edildi. Cəmiyyət formalaşıb inkişaf etdikcə bu sahədə müəyyən irəliləyişlər baş verdi. İbtidai icma dövründə qrup nigahı əsas yer tuturdu. Ər və arvad qəbilə daxilində yaşayırdılar. Uşaqlar əsasən də analarını və onların yaxın qohumlarını tanıyırdılar. Bir müddət keçdikdən sonra kişilər evləndikləri arvadın qəbiləsi daxilinə köçüb orada yaşamağa başladılar. Sonralar cüt (ikili) nigah yaranmağa başladı. İlk dövrlərdə ailənin öz təsərrüfatı yox idi və o təsərrüfat funksiyası həyata keçirmirdi. Ər ilə arvad bərabər hesab olunurdu. Matriarxat (ananın hökmranlığı) qadın əməyi (əkinçilik) kişi əməyindən (ovçuluq) daha səmərəli hesab olunurdu. Maldarlığın genişlənməsi, əkinçilikdə qoşqu qüvvələrinin tətbiqi, ağır əmək növləri və alətlərinin yaranması ilə əlaqədar olaraq kişi əməyinə tələbat artdı. Bunun nəticəsində matriarxat patriarxat (atanın hökmrankığı) ilə əvəz olundu. Qadın ərə getdikdən sonra ərinin yanına köçüb yaşamağa başladı. Beləliklə uşaqlar atanın adını daşıdı, monoqam (tək nigahlı) ailə formalaşdı bu, hadisə cəmiyyətdə xüsusi mülkiyyətnin meydana gəldiyi dövrə quldarlıq quruluşuna təsadüf edir. Xüsusi mülkiyyət yarandıqdqn sonra qadının ərinə sədaqəti məsələsi daha ciddi əhəmiyyət aldı. Bu dövrdə hüquqi qnunları, əxlaq normaları və dini ehkamlar ailədə kişinin ağalığını möhkəmləndirməyə, arvad tərəfindən nigahın pozulmasını qadağan etməyə yönəlmişdi. Əgər əvvəllərdə qız özünə ər seçməkdə müəyyən qədər müstəqil idisə sonralar nigah münasibətləri də alqı-satqı obyektinə çevrilməyə başladı.
Bütövlükdə quldarlıq dövründə qullar ailə qurmaqdan məhrum idilər. Quldarlar arasında isə təknigahlılıq çox vaxt çoxnigahlılığa çevrilirdi.
Feodalizmdə ailə münasibətləri və nigah cəmiyyətinin silki qurluşunun güclü təsiri altında mövcud olmuşdur. Bu dövrdə ailədə ərin hökmranlığı bir qədər zəifləyir, çünki ev təsərrüfatının aparılmasında və uşaqların tərbiyəsində qadının rolu artmağa başlayır. Kəndli ailəsindı ümumi qadın hüquqsuzluğu özünü göstərsə, bəzi hallarda zəhmətkeş anaya, evin xanımına rəğbətlə yanaşılırdı.
Kapitalizm cəmiyyətində monoqam ailə daha da inkişaf edir. Bu dövrdə qadının iqtisadi münasibətləri inkişaf etdikcə ailə münasibətləri də təkmilləşir, yeni mərhələyə yüksəlir.
Ailənin əsasını ər ilə arvad arasında rəsmi qaydada bağlanmış nigah əlaqələri təşkil edir. Onların biri digərində öz həyatının tamamlayıcısını tapır. Nəticədə ər ilə arvadın həqiqi uyğunlaşması baş verir. Qeyd edək ki, ailədə şəxsiyyətlərarası uyuşma çox çətin və incə məsələdir. Həyatda, əmək fəaliyyətində, təhsildə, komunikasiya prosesində bir-biri ilə ünsiyyətdə olan insanların bir-birilə uyuşma səviyyəsi müxtəlif olur. Şəxsiyyətlərarası uyuşma ünsiyyətdə, birgə fəliyyətdə və yaxud ailədə qarşılıqlı qəbuletmə deməkdir. O dəyərlər oriyentasiyasının optimal əlaqələndirilməsinə, sosial və əxlaqi mövqelərə, zövq ümumiliyinə, temperament və xarakter göstəricilərinə, emosional və intellektual tərəflərə əsaslanır. Ailədə ərlə arvadın bir-birilə uyuşması, qarşılıqlı razılıq və qane olma, psixoloji, fzioloji və digər incəliklərlə bağlıdır. Ailədə şəxsiyyətlərarası uyuşma olduqda qarşılıqlı rəğbət, münasibətlərin gələcəkdə də etibarlı olacağını təminat verir.
Ailənin əsasını nigah təşkil edir. Nigah ər ilə arvad arasındakı münasibətləri və onların qarşılıqlı öhdıliklərini hüquqi yolla rəsmləşdirən müqavilədir. Nigah sevgiyə və inama arxalandıqda daha möhkəm olur. Vaxtıilə hegel deyirdi ki, iki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır.
Nigahın emosional-psixoloji, mənəvi və estetik dayaqları sevgi münasibətləridir. Lakin nəzərdə tutulmalıdır ki bəzən nigah sevgidən kənarda və sevgi isə nigahdan kənarda ola bilir. Arximed deyirdi ki, sevgi elə bir teoremdir ki, onun hər gün sübut olunmağa ehtiyacı vardır. Sevgi– dərin və sabit yaşantılarda, fikrin və işin daim sevdiyi adama yönəlməsində, ona doğru azad, təmənnasız və fədakarcasına can atmasına ifadə olunan fərdi seçim hissidir.
Sevgi cismani yaxınlıqdan daha çox mənəvi emosional ülfətə ehtiyacdan törəyir. O şəxsiyyətin formalaşmasına, özünüreallaşdıra bilməsinə və yaradıcı imkanlarının üzə çıxarılmasına güclü təsir göstərir.
Sevginin mənəvi estetik əsasları bunda ifadə olunur ki,insan özünə digər cinsdən mənəvi dayaq tapır, bu isə onun həyat enerjisinin artmasina, uzunmüddətli sevinc hissinin möhkəmlənməsinə müsbət təsir edir.
Ailənin gələcəyini müəyyən edən mənəvi psixoloji, sosial-iqtisadi siyasi və digər amillər daim ictimiyyətin, dövlətin sosial siyasətinin diqqət mərkəzində olmalıdır.

XEBERİ YERLEŞDİRDİ: ÜLVÜ

No Comments Categories: Ailə psixologiyası, Psixologiya