Haqqımızda

2011-ci ildən fəaliyyət göstərən Müasir Psixologiya Mərkəzində bütün yaş qrupları üçün müxtəlif sahələr üzrə psixoloji dəstək göstərilir.

Bizimlə əlaqə

Əlaqə məlumatları

  • Nərimanov ray. Ağa Nemətulla 37, Bakı, Azərbaycan
  • +994 50 718 00 83
  • +994 55 977 00 83
  • +994 12 408 97 16

Niyə psixoloji dəstək almalıyıq?

blog image
Çrş 04 Ynv 2023

Niye Psixoloji Destek Almaliyiq? 

1. Psixoloji dəstəyə nə zaman ehtiyac yaranır?

2. Kimlər psixoloji dəstək almalıdır?

3. Psixoloji yardımla bağlı yanlış fikirlər

Psixoloji dəstəyə nə zaman ehtiyac yaranır?

Gündəlik həyatımızda hər bir şeyi nizamlamağa çalışarkən bəzən özümüzü unuduruq. Bəzən mövcud problemləri görməzdən gəlirik, bəzən də o problemlər haqqında çox fikirləşib özümüzlə birlikdə yaxınlarımızı da yoruruq. Hər iki ehtimalda anlamağa çalışmalıyıq ki, hər şey hər zaman yolunda getməyə bilər. Və hər şeyin yolunda getmədiyi, problemlərin ruhən bizi çox incitdiyi zamanlarda mütəxəssis yardımına və psixoloji dəstəyə ehtiyacımız olur.
İnanın ki, sizin həddindən artıq “böyük” sandığınız problemlərin həlli mütəxəssis köməyi ilə çox tez zamanda mümkündür. Eyni zamanda, fərqində olmalısınız ki, görməzdən gəldiyiniz, “kiçik” problemlərin təsiri həm gələcək qərarlarınıza, həm digər insanlarla münasibətinizə böyük ölçüdə təsir göstərə bilər.

Kimlər Psixoloji Dəstək Almalıdır?
Bəzi insanlar ailə və iş həyatında, ümumi münasibətlərdə - hər bir çətinlikdə qarşılarına çıxan maneləri asanlıqla aşsa da, bəziləri bunu bacarmaq iqtidarında deyil. Bunu bacara bilməmək isə olduqca təbii bir prosesdir.
Uşaqlıq illərindən qalan travmalar, şəxsiyyətimizin inkişafı mərhələlərində yaşadıqlarımız, ailə münasibətlərimiz, zəif və güclü cəhətlərimiz, stressi idarəetmə qabiliyyətimiz və digər amillər bizim bir fərd olaraq həyata baxışımız və qarşılaşdığımız situasiyalara reaksiyamızın formalaşmasına əhəmiyyətli təsir göstərir. Təbii olaraq, bu mərhələlərdən hər bir insan fərqli şəkildə keçdiyi üçün onların problemlərlə mübarizəsi də fərqlənir.
Odur ki, daha güclü olmağa çalışmayın, mütəxəssis köməyi ilə daxilinizdəki gücü kəşf edin.
Siz problemlərlə mübarizədə qalib gələ bilmədikdə özünüzü zəif xarakterli bir insan hesab edirsiniz, lakin psixoloqlar bu problemlərin qarşısında dimdik duran gerçək kimliyinizi sizlə tanış edəcək. O, sizin güclü tərəflərinizi dəyərləndirir, problemləri həll etməyin asan yollarını izah edir.

Bütün bunlarla yanaşı, psixoloji köməyə daha çox ehtiyacı olan müəyyən qruplar vardır:

- Panik atakdan əziyyət çəkənlər,

- Uşaqlıq dövründən qalan travmalarla yaşayanlar,

- Alkoqol və ya narkotik maddələrdən asılı olanlar,

- Həddindən artıq qəzəbli və qəzəbini idarə edə bilməyən şəxslər

- Ailədə şiddət görən uşaq və yeniyetmələr,

- Zəruri qayğıdan məhrum ahıllar,

- Müxtəlif asılılıqlarla mübarizədə olan şəxslər və digər psixoloji pozğunluq əlamətlərindən əziyyət çəkənlər.


Psixoloji Dəstəklə Bağlı Yanlış Fikirlər

Təəssüf ki, cəmiyyətimizdə psixologiya, psixi yardım, psixologiya mərkəzləri ilə bağlı yanlış stereotiplər formalaşmışdır. Lakin bizə inandırmağa çalışdıqları kimi psixoloqlar “dəli həkimi” deyil. Psixoloqlar hər bir insana həyatının istənilən dövründə lazım ola bilər. Xarakterinin çətin tərəfləri, ciddi problemlərinin, psixoloji xəstəliklərinin fərqində olan və müalicənin zəruri olduğunu dərk edə bilən insanlar psixoloqa müraciət etdiyi kimi, kifayət qədər güclü, stresslə asan mübarizə apara bilən, eləcə də həyatından məmnun şəxslər də daim bu məmnuniyyəti təmin etmək üçün psixoloqa müraciət edə bilərlər. Təbii ki, dərdlərinizi ən yaxınlarınıza danışa bilərsiniz, bununla rahat hiss edə bilərsiniz. Ancaq nəzərə alın ki, yaxınlarınız sizi çox sevdiyinizdən və ya digər səbəbdən məsələyə yalnız məhdud bir tərəfdən yanaşır. Psixoloqlar (mütəxəssislər) isə sizin və yaxınlarınızın görmədiyi məqamları dəyərləndirib sizin üçün seçim etməyi və həyatdan məmnun qalmağı asanlaşdıracaq.