Baki ş., Nəsimi r. Tbilisi pr., 3007 məhəllə
+012 555 06 09
info@mpm.az

Insomnia nədir və necə aradan qaldırmaq olar?

Insomnia nədir və necə aradan qaldırmaq olar?

Insomnia-uzunmüddətli yuxu rejiminə keçə bilməmək və ya gecə boyunca yuxu davam etdirmədə zorlanmaq,normaldan daha tez oyanmaq və gün boyunca yorğun olmaqla xarakterizə olunur.
Insomnia bir neçə gecə davam edərsə keçici, 1 həftə ilə 3 həftə arasında davam edərsə qısa müddətli, 3 həftədən çox davam edərsə xronik insomnia hesab olur.
Insomnia təbii yuxu rejimini pozaraq fizioloji və psixoloji problemlərə səbəb olar. Qeyd etmək lazımdır ki, insomnia bir çox dərmanın yan təsiri olaraq,stress səbəbiylə yada emosional,fizioloji və zehinsəl problemlərin əsasında da yarana bilər. Insomnia xəstələri çox hallarda günorta yada axşama doğru qısa müddətə yatdıqları üçün gecələri də yatmaqda çətinlik çəkərlər.
Aradan qaldırmaq üçün aşağıdakı üsullardan isdifadə etmək olar:
Sistemli bir yuxu proqramına bağlı qalın. Həftə sonu və tətillərdə belə sabahları eyni vaxtda qalxın.
Gün içində qısa yuxulardan qaçının.
Yatmadan 2 saat əvvəl stresli məşğuliyyətlərdən və ağır idmandan qaçının.Günün erkən vaxtlarında sistemli gimnastik hərəkətlər edin. Yatmadan biraz əvvəl dərin nəfəs alma,yoqa,meditasiyon kimi rahatlatma hərətləri edin.
Yataq otağınızın qaranlıq,səssiz və normal temperaturda olmasına diqqət edin. Əgər yuxunuz yoxdursa yataq otağınızdan çıxın başqa bir otağa gedin və kitab oxuyun yada səssiz və rahatlaşdırıcı bir şeylər edin.
Qəhvə,çay,aperativ içki veya kofeyin içərən məhsullardan uzaq durmağa çalışın.

Gülşən Məmmədova.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *