Aqressiv davranış anlayışı

Tarix sübut edir ki, aqressiya insan cəmiyyəti həyatının ayrılmaz hissəsidir. Aqressiya güclü cəzbetmə qüvvəsinə və yoluxucu xüsusiyyətə malikdir. İnsanlar çoxu sözdən aqressiyanı inkar edirlər, bununla belə gündəlik həyatlarında onu geniş şəkildə nümayiş etdirirlər. Latın dilindən tərcümədə aqressiya hücum deməkdir. Hazırkı dövrdə aqressiya termini çox geniş yayılmışdır. Bu termini neqativ emosiyalarla (məsələn qəzəb) həm neqativ motivlərlə (məsələn ziyan vurmaq meyli) həm neqativ ustovkalarla (məsələn irqə dair mənfi rəylər), həm də dağıdıcılıq fəaliyyətlə bağlayırlar. Psixologiyada aqressiya başqalarını özünə tabe etməkvə onlar üzərində dominantlıq etmək məqsədilə real davranış və ya fantaziyalarda təzahür edən tendensiya kimi başa düşülür. Bu tendensiya universal xarakter daşıyır, aqressiya terminin özü isə neytral mənaya malikdirAqressiya psixi realllıq olaraq istiqamətlənmə, təzahürün formaları, intensivlik kimi xarakteristikalara malikdirAqressiyanın məqsədi zərər vermə, qurban vermə(düşmənçilik aqressiya) olduğu kimi, müəyyən məqsədə çatmaq üçün də aqressiyadan (instrumental aqressiya) istifadə olunur. Mahiyyət etibarı ilə aqressiya həm pozitiv (həyatı maraqlara və yaşama xidmət edən), həm də neqativ (öz-özlüyündə aqressiv meylin ödənilməsinə yönələn) ola bilərAqressiya ya xarici obyektlərə (insanlara və predmetlərə), ya da insanın özünə (bədənə və şəxsiyyətə) yönəldilə bilər. Cəmiyyət üçün insanlar yönəldilmiş aqressiya xüsusilə təhlükəlidir. A.Bandura və R.Uolters bu cür aqressiyanı assosial aqressiya adlandırıb, onu sosial-destruktiv fəaliyətlə bağlayırlar ki, onun nəticəsində digər şəxsiyyətə və ya mülkə zərər dəyə bilər ki, bu da qanun tərəfindən cəzalandırılmaya da bilər. Adətən təzyiq etmə, vadar etmə, neqativqiymətləndirmə, hədə qorxu və ya fiziki gücün göstərilməsi aqressiyanın təzahürləri hesab olunurAqressiya müxtəlif formalarda-aydın və ya latent ola bilər. Baxmayaraq ki, o, dağıdıcılıq məqsədlərini izah etmək üçün istifadə olunur, onu pozitiv təzahürlərə də, məsələn, şöhrət-pərəstlikdən təzahür edən aktivliyə də aid edirlərAqressiyanın gizli formaları da ayırd edilir ki, bunlara özünü ünsiyyətdən uzaqlaşdırma, fəaliyyətsizlikdən (kiməsə zərər vermək məqsədilə), özünə zərər vermə və özünəqəsd şəklində biruzə verən təzahürlər aid edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *