Kiçik motor bacarıqlarının inkişaf etdirilməsi

” Kiçik motor bacarıqlarının inkişaf etdirilməsi” Əl hərəkəti funksiyalarının pozulma dərəcesinin,artikulyator motorikanın pozulması ilə mütəbasib olması,uşaq serebral iflici zamanı ümumi motorika ilə nitq motorikası arasındakı birbaşa əlaqəni göstərir.Əl hərəkətləri ilə nitqin əlaqəsi hələ 1928 -ci ildə Bexterev tərəfindən qeyd edilmişdir.1973 – cü ildə Koltsova tərəfindən keçirilmiş xüsusi tədqiqatlar bir daha təsdiq etmişdir ki,əl hərəkətləri inkişafını tezləşdirir.Bu nəticə loqopedik işi kiçik motorikanın inkişafı ilə birlikdə aparmağın vacibliyini göstərir. Əsasən kiçik motorika üzrə işə aiddir:

1)Barmaqların yumruğa yığılıb açılması
2)Bükülmüş barmagların növbğ ilğ açılması
3)Kiçik,böyük mozaikada müxtəlif naxış ya şəkillərin yığılması
4)Plastilinlə müxtəlif əşyaların düzədilməsi
5)İri,xırda muncuqların ipə düzülməsi
6)Nöqtələrlə çəkilmiş şəklin nöqtələrini birləşdirərək şəkli tamamlamaq.

Hazırladı:HESENLİ HUMAY-Defektoloq-loqoped

Leave a Reply

Your email address will not be published. Required fields are marked *