Uşaqlara qarşı zorakılıq

Uşaqlara qarşı zorakılıq
Bəzi ailələrdə uşaq nadinclik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədikdə, xoşagəlməz işlər tutduqda valideyn yerli-yersiz onu döyür. Bu isə uşağın düzgün tərbiyəsinə son dərəcə mənfi təsir göstərir, eyni zamanda valideyn uşağın gözündə nüfuzdan düşür. F.E.Dzerjinski vaxtilə yazırdı ki, çubuq onların bədənini ağrıda bilər. Əgər onların qəlbləri inciyirsə, əgər bu kötək uşaqları öz arzularına zidd olan tərzdə hərəkət etməyə vadar edirsə, ozaman müəyyən bir müddətdən sonra çubuq uşaqları öz zəifliyinin əsirinə çevirəcək, onların üzərinə əbədi əziyyət verən ağır bir daş kimi çökəcək və hər cür əzab-əziyyətə dözməyə qadir olmayan ruhsuz, satqın, ’’vicdanlı’’ adamlara çevirəcək.
Ailədə tez-tez bədən cəzasına məruz qalan uşaq özgələşir, sırtıq, kobud, qəzəbli və kinli olur. Fiziki cəza uşağın qəlbində zəifliyi və həssaslığı məhv edir. Ailə tərbiyəsi ilə əlaqədar uşaqlar arasında sorğu apararkən: ’’səni evdə döyürlərmi? Həmin adama necə münasibət bəsləyirsən?’’ – suallarına cavab almağa çalışmışıq. Uşaqlardan biri belə cavab vermişdi: ’’ Bir dəfə tapşırıq həll etdiyim zaman təsadüfən dəftərə mürəkkəb ləkəsi düşdü. Bunu görən atam hirsləndi, məni kötəklədi. Həmin an özüm hiss etmədən ürəyim ondan sındı. Mənə elə gəldi ki, başıma dəyən yumruqlar atamın deyil, yad adamın, günahsız bir adama vurduğu zərbələrdir ’’. Göründüyü kimi, uşaq şəxsiyyətinin təhqiri kövrək və amansız olur.
Əsl tərbiyə cəzasız tərbiyədir. Bu o deməkdir ki, düzgün tərbiyə şəraitində cəzaya ehtiyac qalmır. Düzgün tərbiyə xoş rəftar və tələbkarlıqla yanaşı gedir. Tələbkarlıq –uşağın şəxsiyyətinə və ləyaqətinə təzyiq kimi deyil, ona etibar və hörmət zəmnində olmalıdır. Valideyn ilk gündən öz uşağında düzgün adət , vərdişlər formalaşdıra bilmişsə, uşaq bircə sərt baxışdan səhvini anlayacaq, yaxşı işi ilə ’’günahını’’ yumağa çalışacaqdır.Uşaqlara qarşı zorakılıq
  • Müəllif: mpm
  • Tarix 22-08-2014, 04:07
  • Şərhlər : 0
  • Bölmə: Uşaq psixologiyası
  • Baxılıb: 3434
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4583 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5259 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3618 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 25731 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 6794 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5388 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 3769 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 2760 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3435 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 1937 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Reytinq
ILK-10 Azeri Website Directory