Hiperaktivlik və diqqətin defisiti sindromu: Dəcəllik yoxsa Xəstəlik?

Hiperaktivlik və diqqətin defisiti sindromu: Dəcəllik yoxsa Xəstəlik?

Valideynlər hiperaktivliyi geniş aspektə izah edə bilərlər: gecələr yuxudan tez-tez durmalar, sözə qulaq asmamaq, ifrata varmaq, düşüncə və davranışlarının kənar faktorlara bağlı olması şəklində. Amma uşaq psixiatrları hiperaktivliyi daha dar mənada narahatçılıq, diqqətin defisiti, bəzən impulsivlik şəklində göstərirlər.
Diqqətin defisiti və hiperaktivlik sindromunu ilk dəfə 1845 ci ildə doktor Heinrich Hoffman təsvir etmişdir. O bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlamışdır. Nəticədə uşaqların xarakterlərini əks etdirən şeir kitabı -Sakitləşə bilməyən Filipin hekayəsi ortalığa çıxdı. 1902-ci ildə George Still hiperaktivlik və diqqətin defisiti sindromu haqqında mühazirələr demiş və bunların genetik faktorla əlaqədar olduğunu göstərmişdir. 1998 ci ildən etibarən XBT10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı) da F9 şifrəsi ilə diaqnoz qoyulur.
XBT 10 (Xəstəliklərin Beynəlxalq təsnifatı- 10)
F90- F99 Əsas əlamətlər aşağıdakılardır:
1. Hiperaktivlik və diqqətin pozğunluğu, bir çox situasiyada, xüsusən də sakit olması tələb olunan yerdə;
2. Fəaliyyət növünün tez- tez dəyişdirilməsi;
3. İnadkarlıq və diqqətin defekti diaqnozu o zaman qoyulur ki, uşağın davranışı yaşına və əqli inkişafına uyğun olmasın.
SDDH kiçik yaşlı uşaqlarda daha çox rast gəlinir. Oğlanlarda qız uşaqlarına nisbətən 4-5 dəfəyə qədər çox olur.Birləşmiş Ştatlarda aparılmış statistik tədqiqatlara əsasən 2 milyon uşaq Diqqətin defisiti və hiperaktivlikdən əziyyət çəkir. Bu da onu göstərir ki, bir sinifdə 25-30 şagird içində ən azı birində Diqqətin defisiti və hiperaktivlik sindromu vardır. Rusiyada belə uşaqlar 4-18%, ABŞ da 4-20%, Böyük Britaniyada 1-3%, İtaliya da 3-10%, Çində 1-13%, Avstraliya da isə 7-10% dir.
XBT– 10 a görə Hiperaktiv və Diqqətin Defisiti sindromu olan uşaqlar 30% təşkil edirlər.
Xarakterik əlamətləri.
Diqqətin defisiti
• Asanlıqla yayınırlar
• Tez- tez başa çatdırmadıqları bir işdən digərinə keçirlər
• Verilən təlimatları yerinə yetirərkən çətinliklər çəkirlər.
Hiperaktivlik
• Ola bilər ki çox danışırlar
• Uşaq üçün ola bilər ki, sakit oyunlar oynamaq çətindir
• Stulda tez- tez dönürlər, hərlənirlər.
İmpulsivlik
• Başqa insanların sözünü kəsir və oyunlarda öz növbəsini gözləmirlər;
• Növbələrlə danışmaq lazım olanda çətinlik çəkirlər. Məs: suallara cavab verildikdə
• Çox düşünmədən,uyğunsuz fiziki təhlükəli işlərə cəlb olunurlar.
Hiperaktiv uşaqlar öz yerlərində çox fırlanırlar,dönürlər, əşyaları və paltarları dartışdırırlar, dəfələrlə yerlərindən qalxır və ətrafı dolanırlar, uzun müddət otura bilmirlər. Daha çox üzə çıxan patologiya aktivliyin miqdarı ilə deyil, onun nəzərat altına alınma dərəcəsi ilə bağlıdır. Ilk növbədə Diqqətin defisiti uşağın başqa işlərlə məşğul olması, oyunu sonacan oynaması, oxumağı, şəkil çəkməsi, başqaları ilə münasibətinə görə qiymətləndirilir. Oyun sahəsində hiperaktiv uşaq aktivliyinə görə digər uşaqlardan fərqlənməyə bilər.
Hiperaktiv uşaqda daha çox nəzərə çarpan özünü sakit aparmaq lazım gəldikdə, məsələn məktəbdə və yaxud da nahar masası arxasında sakit ola bilməməsidir. Hiperaktivlik özünü müxtəlif şəraitdə büruzə verməlidir: məs: evdə, məktəbdə. Lakin qısa müddətli həkimlə konsultasiya zamanı hiperaktivlik sindromu aşkar edilməyə bilər, belə ki, uşaq tanış olmayan şəraitdən, həkimdən qorxa bilər və yaxud da ozünə maraqlı bir məşğuliyyət tapa bilər.
Bu uşaqlar müalicə olunmasa və ya müəyyən tədbirlər görülməzsə dərslərdən uzaq olur məktəbdə yaxşı oxumurlar. Ətrafındakılarla ünsiyyət qura bilmir və bunlar gələcək dövrlərində institutda, işlərində, cəmiyyətdə problemlər meydana çıxarır. Belə uşaqların çoxunda həm də emosional və davranış pozğunluğu, prososiallıq, yaşıdları ilə də müəyyən problemlər formalaşır.
Nəsillər üzrə aparılmış tədqiqatlar nəticəsində genetik faktorların mühüm rol oynadığı öyrənilmişdir. Diqqətin defisiti və hiperaktivliyi olan uşaqların valideynlərində də anamnezində oxşar problemlərin olduğu görünür. Məlumatlar nəticəsində bilinir ki, hiperaktivlikdə əsas risk faktoru içərisində əsas yeri bəzi genlərin polimorfizmi təşkil edir, yəni dofaminergik və noradrenergik sistemləri requlyasiya edən genlərdə olan dəyişikliklərdir.Stimulyatorlar və digər dərmanlar isə hiperaktivliyin müalicəsində istifadə olunur ki, bu da hiperaktivliyin neyrokimyəvi disbalansla bağlı olduğunu göstərir.
Məqsədimiz
1. Məktəb yaşlı uşaqlarda hiperaktivlik sindromunun aşkara çıxarılması;
2. Hiperaktivlik və Diqqətin defisiti sindromu olan uşaqlarla sporadik seçilmiş müşahidə qrupu uşaqların psixiki göstəricilərin müqayisəli təhlili.
Vəzifələrimiz:
 Məktəb yaşlı uşaqlarda hiperaktivliyin rastgəlmə tezliyinin təyini;
 Hiperaktivliklə yanaşı gedən psixopatoloji sindromların aşkara çıxarılması.
Hiperaktivlik və diqqətin defisiti sindromu olan uşaqları müəyyənetməkdənötrü sorğu keçirdik. Sorğumuzu 40 uşaq arasında apardıq. 40 uşaqdan 19 u oğlan, 21 i qız idi. Uşaqların orta yaşı 9- dur. Əsas qrupa 2 N şəhər Psixatrik xəstəxanasına müraciət edən 20 uşaq xəstə aid olundu . Bunlardan 11 qız, 9 oğlan idi. 20 yoxlama qrupuna məktəbdə heç bir şikayəti olmayanlar eyni yaş qrupuna aid olan uşaqlar daxil edildi. Bunlardan 10 u oğlan, 10 u qız idi.
Biz metodlarımız kimi Güclü tərəflər və Çətinliklər Anketindən istifadə etdik. Bütün göstəricilər statistik proqrama əsaslanıb SPSS16.0
Bizim anketlər əsasında psixatrik klinikaya müraciət edən uşaqlarla heç bir zaman psixatriya müraciət etməyən təsadüfü seçilmiş uşaqlar arasında nisbətən statistik etibarlı fərq aşkar edilmişdir. Anket göstəriciləri əsasında əsas qrupda 16 uşaqda (80%) hiperaktivlik sindromu aşkar edilmişdir. 16 uşaqdan 14 (92%)-də yanaşı davranış, emosional, prososial şkalasında da anormallıqlar rastlanmışdır. Yoxlama qrupunda isə 3 uşaqda (15%) hiperaktivlik sindromu aşkara çıxarılıb. Nəticə p< 0,005
Uşaqlarda Diqqətin defisiti və hiperaktivliyin sindromu təsiri nəticəsində:
• Böyüklərlə, həm də öz yaşıdları ilə də münasibət qurmaqda çətinlik çəkirlər.
• Ailəvi münasibətlərdə problemlər olur.
• Dərslərində müvəfəqiyyətsizlik göstərirlər.
• Tabe olmamaq; itaət göstərməmək kimi hallar müşahidə olunur.
Uşağa qanunları ailədə və məktəbdə öyrədilməlidir. Hiperaktivlikdə nə valideynlər, nə də uşaq günahkar deyil. Hiperaktiv uşaqlar bəzən dözülməz olurlar, onlar çoxlu tənqid toplayır və az təriflənirlər. Əgər valideynlər başa düşsələr ki, bu sadə sözə qulaq asmamaq deyil, onda bu balans düzəldilə bilər. Bu zaman valideynlərə müəyyən məsləhətlər verilə bilər:
o Tapşırıqlar sadə və aydın olmalıdır.
o Yeri sinifdə müəllimə yaxın olmalıdır ki, sinif yoldaşlarının pis vərdişlərindən uzaq olsun.
o Dərsləri arada tənəffüslərlə keçirilməlidir.
o Tövsiyə etmək və yadına salmaq lazımdır ki, onlar ancaq növbələri çatanda suallara cavab versinlər.
o Dərsə qarşı marağı artırılmalı və mükafatlandırılmalıdırlar.
o Dəqiq qaydaları və sərhədləri bilməlidir ki, hansı qaydaların pozulmasının nəticəsində nə ola bilər.
o Ailəyə dəstək göstərmək lazımdır. Dəstək qrupları bu mövzuda marifləndirilməlidir.
Stimulyatorlarla müalicə - əsas stimulyatorlardan Metilfenidat, Deksamfetamin istifadə olunur. Digər preparatlardan klonidin, buproprion, trisiklik preparatlar imipramin də istifadə olunur.
Hiperaktivliyin müsbət cəhətləri də var:
1. Hərəkətli, fikir zənginliyi, danışqanlıq.
2. Ağıllıdırlar. Sinifdə buna görə digər uşaqlardan üstün olurlar. Amma bəzən sadə tapşırıqları yerinə yetirəndə çətinlik çəkirlər.
3. Yaradıcı fikirlərə sahibdirlər. Yaradıcılıqları ön planda olduğuna görə asanlıqla tapşırıqları yerinə yetirir, problemləri həll edirlər.
4. Sosyaldırlar.
5. Liderdirlər.
6. Mərhəmətlidirlər.
  • Müəllif: admin
  • Tarix 11-07-2014, 16:53
  • Şərhlər : 18
  • Bölmə: Əsas, Son xəbərlər, Ailə psixologiyası, Uşaq psixologiyası
  • Baxılıb: 27632
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4458 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5031 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3509 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 25616 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 6418 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5164 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 3621 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 2661 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3327 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 1902 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reytinq
ILK-10 Azeri Website Directory