Uşaqlarda anadangəlmə inkişaf qüsurların profilaktikası

Uşaqlarda anadangəlmə inkişaf qüsurların profilaktikası


Uşaqlarda anadangəlmə inkişaf qüsurları - uşaq yaşlarında əlilliyin əmələ gəlməsində və 1 yaşa qədər olan uşaq ölümlərinin ən əsas səbəbi hesab edilir.
Bu qüsurlar müxtəlif zərərli faktorların (xüsusən hamiləliyin erkən dövrlərində) dölə mənfi təsirləri nəticəsində əmələ gəlir.
Həkimlər dönə-dönə təsdiq edirlər ki, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının xeyli hissəsinin qarşısını almaq olar. Bunun üçün gələcəyin ata və anası hamiləliyə qabaqcadan lazımi səviyyədə hazırlaşmalıdırlar.
Anadangəlmə inkişaf qüsurlarını törədən faktorlara teratogen faktorlar deyilir. Teratogen infeksiyalar anadan körpəyə keçən infeksion xəstəliklərdir. Bunlara bəzi virus infeksiyaları - məxmərək, sitomegalovirus, sadə herpes, qrip, epidemik parotiti, suçiçəyi, eləcə də cinsi yolla keçən infeksiyalar - toksoplazmoz, sifilis, xlamidioz, ureaplazmoz və s. aiddir. Beləliklə, uşaq doğulmasına hazırlaşan gələcək ata və ana qabaqcadan tibbi müayinədən keçməli, bütün xroniki xəstəliklərin profilaktik müalicəsini aparmalıdırlar. Hamiləlik zamanı qadınlar öz sağlamlığını qorumalı, infeksion xəstələrlə kontaktdan uzaq olmalıdırlar.
Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməməsi üçün ən əsas tədbirlərdən biri məxmərəyə qarşı vaksinasiyadır - peyvənddir. Çünki əksər hallarda məhz bu virus, inkişaf qüsurlu körpələrin doğulmasına gətirib çıxarır.
Anadangəlmə inkişaf qüsurlu uşaqların doğulmasında risk faktorlarından biri də çoxsaylı abortlardır (süni uşaqsalma). Abortların sayı çoxaldıqca bu riskin dərəcəsi də artır.
Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində ana tərəfindən qəbul edilən dərman preparatlarının da müəyyən təsiri olur. Ona görə də hamiləlik zamanı dərmanlar, dölə təsiri nəzərə alınmaqla, yalnız müalicə həkimin təyinatı ilə qəbul edilməlidir. Digər tərəfdən, dərmanların mənfi təsirindən ehtiyat edərək (“dərmanlar hamilə üçün zərərlidir” deyərək) anginanı və ya karioz dişi müalicə etməkdən də çəkinmək lazım deyil. Bu xəstəliklərin vaxtında müalicə edilməməsi sonradan daha böyük fəsadlara səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, ana özünü tam yaxşı hiss etdikdə döl də rahat olur.
Aşağıdakı dərmanları hamiləlik zamanı qəbul etmək qəti qadağandır:
- hormonal kontraseptivlər (onları planlaşdırılan hamiləlik vaxtından heç olmasa 3 ay əvvəl dayandırmaq lazımdır),
- bəzi antibiotiklər (streptomitsin, tetratsiklin),
- antidepressantlar,
- analgetiklər (aspirin, indometasin),
- hipotenziv preparatlar (pezerpin, xlortiazid),
- 10.000 BV - dən (Bəynəlxalq Vahid) artıq dozada vitamin A.
Zərərli preparatların qəbulunu həm ata, həm də hamiləliyə hazırlaşan ana, hamiləliyə qədərki dövrdən etibarən dayandırmalıdırlar. Hətta həkim tərəfindən yazılan hər hansı bir dərmanı qəbul etməzdən əvvəl onun annotasiyasını diqqətlə oxuyun (onun hamiləliyə və ya dölə mənfi təsirinə diqqət yetirin).
Hamilə olan qadın tərəfindən çox miqdarda alkoqollu içkilərin qəbul edilməsi, ağır anadangəlmə xəstəlik hesab edilən alkoqol sindromunun inkişaf etməsinə gətirib çixara bilər. Bir çox hallarda bu hətta dölün ölümünə də səbəb olur.
  • Müəllif: admin
  • Tarix 11-07-2014, 16:51
  • Şərhlər : 7
  • Bölmə: Əsas, Son xəbərlər, Ailə psixologiyası, Uşaq psixologiyası
  • Baxılıb: 4783
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4458 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5031 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3509 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 25616 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 6418 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5164 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 3621 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 2661 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3327 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 1902 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reytinq
ILK-10 Azeri Website Directory