Autizm riski

Autizm riski

Autizm- erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və inkişaf sferasında problemlərin olması ilə müşayət olunan neyro-psixiatrik pozuntudur. İlk dəfə bu diaqnoz elmə Amerikada yaşayan və fəaliyyət göstərən uşaq psixiatrı Leo Kanner tərəfindən 1943-cü ildə gətirilmişdir.
Uşaqlara autizm diaqanozu qoymaq üçün 3 sferada pozuntuların olması vacibdir:
1. Sosial qarşılıqlı əlaqələrdə problem
2. Nitq sahəsində problem
3. Məhdud maraq və stereotip davranışlar
Autizm- kliniki əlamətlərə görə psixikanın qeyri- bərabər inkişafı, ünsiyyət funksiyasının və şəxsiyyətlərarası münasibətlərin pozuntusu ilə müşayət olunan sindromdur.
Autizmin bir sıra spektr pozuntuları möcuddur:
1. Autizm
2. Asperger sindromu
3. Rett sindromu
4. Uşaqlıq dezinteqativ pozuntu
5. Atipik auztizm.
Autizm sindromunun dəqiq səbəbləri elmə məlum deyil. Ən çox qeyd olunan səbəblər arasında genetik faktorlar, beynin orqanik çatışmazlığı, ekoloji faktor, hamiləlik zamanı ananın yaşadığı fiziki və ya mənəvi travma, yeni doğulan körpənin anadan yetərincə sevgi və navaziş görməməsi aiddir.
Autizm riski bəzi ümumi əlamətlərə görə diqqət çəkir. Nə zaman valideyn narahat olmalıdı? Əgər uşağınız:
- Uşaq göz kontaktı qurmursa
- Adı ilə çağıranda baxmırsa
- Öz ətrafında fırlanırsa
- Səbəbsiz gülür və ya ağlayırsa
- Yellenmə və silkələnmə varsa
- Fırlanan əşyalara çox böyük maraq varsa
- Nitq yaşıdları kimi deyilsə
- Əllərlə manipulyasiya varsa
- Uşaqlarla və oyuncaqlarla oynamağa maraq yoxdursa
- Emosional soyuqluq varsa
- Nitqində mənasız tekraralar varsa
- Taktil kontaktdan qaçırsa

Valideynin mütəxəssisə muraciət etməyində fayda var. Erkən olaraq diaqnoz 18 ayından uşağa qoyula bilər. Problem nə qədər tez aşkar olunarsa uşağın müalicə və reabilitasiyası bir o qədər asan və effektli olar.
  • Müəllif: admin
  • Tarix 11-07-2014, 16:48
  • Şərhlər : 1
  • Bölmə: Əsas, Son xəbərlər, Ailə psixologiyası, Uşaq psixologiyası
  • Baxılıb: 2250
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4458 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5031 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3509 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 25616 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 6418 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5164 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 3621 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 2661 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3327 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 1902 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reytinq
ILK-10 Azeri Website Directory