Mən hamıdan yaxşı bilirəm ....çünki yeniyetməyəm!

Mən hamıdan yaxşı bilirəm ....çünki yeniyetməyəm!

Müasir dövrümüzdə tez-tez valideyinlər bizim dövrümüzdə yeniyetmələr belə deyil, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq.Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, bu dövrdə onlar fərqli olublar.Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir nəinki keçmişə.Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə onların məsələyə subyektiv yanaşmasıdır.Əslində illərdir ki, valideyinlərin yeniyetmələrdən etdikləri şikayətlərin səbəbi də məhz bunlardır.
Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir.11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə ,13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar.Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz.Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya ,bir il və ya gec başa çata bilər.Bu dövr özünün praktik əhəmiyyəti , pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasinda baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir.Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri öz mənini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərini hər kəsinkindən daha ağıllı hiss etməsidir.Valideyin üçün sadaladığım bu fikirlər sözün əsl mənasında dəhşətli gəlir.Dünənədək uşaq saydığı, asanlıqla öz fikirlərini yeritdiyi və yönləndirə bildiyi bu günkü yeniyetmə ilə ünsiyyət qurmaq belə valideyin üçün müşkülə çevrilir. Valideyinlə yeniyetmə arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir.Bu dövrün özəlliyi ondan ibarətdir ki, valideyin övladının böyüdüyündən xəbərsizdir.O həmişəki tələkarlığı edir amma əvəzində etiraz görür , çaşqınlığa düşür və nə edəcəyini bilmir.Valideyinə bu məsələni kimsə xatırlatdıqdan sonra sanki aydın olur.Maraqlıdır valideyin övladının yeniyetməlik yaş dövrünə girdiyini nədən bilməlidir.Aşağıdakı əlamətlərə fikir verək:
1. Səsin qalınlaşması və ya dəyişməsi
2. Tər vəzilərinin aktivləşməsi
3. Bədəndə fizyoloji dəyişikliklər
4. Bədən səthində tüklərin sərtləşməsi
5. Ən adı səs qıcıqlandırmasına verilən reaksiya
6. Xarici görünüşü ilə həddindən artıq maraqlanmaq
7. Geyim və danışıq tərzində baş verən dəyişikliklər
8. Müdaxilələrə qarşı verilən sətr reaksiya
9. Tənqidə qarşı kəskin reaksiya
10. Yaşıdlarına və sosial mühitə qarşı sonsuz maraq
11. Əks cinsə qarşı meyl
Bu sadaladığımız xüsusiyyətləri diqqətlə nəzərdən keçirtdikdə aydın olur ki, yeniyetmə kimdir. Valideyinlər və müəllimlərlə daha çox konfliktlər yaşayan yeniyetmə üçün ən dəhşətli bir şey onu tənqid eməkdir.Yetkin insan üçün bu yaş dövründə olan övladını anlamaq çox çətindir.Buna görə də yeniyetməni dəyişmək üçün tənqid etməyə başlayır.Düşünür ki tənqiddə fayda var.Halbuki valideyinin bu yaş dövründə olan övladının tənqidi onları hər gün bir az daha ayırır və yadlaşdırır.Yeniyetmə bu zaman daha təhlükəli olur.Ailəsindən qopan yeniyetmə kənar destruktiv qruplara meyl göstərir ki, bu da övladının neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir.
Yeniyetməlik dövrü “dönüş dövrü” və böhran dövrü də adlandırırlar.Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır; uşaq öz həyatının bir mərhələsindən digərinə uşaqlıqdan yaşlılığa keçir.Bu vaxt istər fiziki,istərsə də psixi inkişafda sürətli irəliləyişlər özünü göstərir. Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə olan problemlərdir.Bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam,hörmət,etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır.Amma onlar inkişaf edən bərabərliyə meyilli olmurlar.
Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əvvəllər də olur.Ancaq o dövrlərdə bir qədər həyat tərzi qapalı idi.Günümüzdə isə valideyn-övlad münasibətləri getdikcə gərginləşir.Burda günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün tərbiyə sistemindən gedirsə, bu məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür.Çünki valideynin,uşağa nisbətən daha çox həyat təcrübəsi var.Və o bilməlidir ki, övladından yüksək tərbiyə , hörmət gözləyirsə ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir. Bir ailədə ki valideyn övladına qarşı şiddət və zorakılıq nümayiş etdirir, o ailədə böyüyən uşaqda mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur.Bundan əlavə , əksər ailələrdə analar uşaqları ata ilə qorxudurlar.Çox təssüflər olsun ki, bəzən bu yaş dövründə valideyinlər uşaqları ilə münasibətləri həll etmək üçün dünənəqədərki yollardan istifadə edir.Bu da çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilər.Artıq uşağın ataya qarşı hörmət və sevgisi bir mənalı olaraq qorxu hisslərinə çevrilir.Valideynlərin uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli ,onlarda özlərinə qarşı güvən hissini yaratmalıdırlar.
Bəzən yeniyetməlik yaş dövrü haqqında deyilir ki, bu dövrün əsas xüsusiyyətləri ondan ibarətdirki, o özünü dünəqədərki uşaqlar qrupunda görmür, valideyinləri isə onları böyükləsin sırasına buraxmır.Əgər valideyn öz uşağına azadlıq vermirsə ,ona güvənmirsə bu həmin gəncin ailədən tədricən uzaqlaşması ilə nəticələnir.Özünə başqa bir sığınacaq axtarmağa başlayır ,bununla da yetkinlik yaşında olan gəncdə psixoloji gərginliklər yaranır.Məsələn :elə valideynlər var ki ,məktəbdə uşaqların qiymətlərini özləri yazdırırlar.Geyim seçimlərində belə uşağa sərbəstlik vermirlər ”Sən heçnə bacarmırsan “,"səndən heç bir şey olmaz” işə yaramırsan və.s kimi sözlərlə uşaqların özlərinə qarşı olan inamlarını qırırlar.Bu atmosfer altında böyüyən uşaqlar,təbii ki,gələcəkdə də daima valideynlərinə qarşı rəqib münasibətində olurlar.Əlbəttə ki,bunu valideyn-övlad arasında gərginliklərin yaranmasının ilkin səbəblərindən biri kimi göstərmək olar.valideyinlə övlad arasında bu yaş dövründə konfliktin həllinin ən yaxşı yolu aşağıdakı məsləhətlərdən yararlanmaqdır:
1. Övladınızı birbaşa tənqid etməyin !
2. Maraq aləminə daxil olun !
3. Sizinlə paylaşmağına çalışın !
4. Dostu olmağı bacarın !
5. Qətiyyən yönəltməyin !
6. Özünüzü örnək göstərməyin !
7. Yaşıdları ilə müqaisə etməyin !
8. Fikirlərinə önəm verin !
9. Dolayı olaraq məsləhət verin !
10. Onu qıcıqlandıra biləcək məsələlərə toxunmayın !
11. Yaş dövrü haqqında informasiya verməyə çalışın !
12. Sən uşaqsan deyə ona yanaşmayın!
13. Geyim və görünüş məsələlərinə çox müdaxilə etməyin !
14. Sevdiyi şeylərə qarşı birbaşa tənqid yağdırmayın !
15. Övladınızı olduğu kimi qəbul edin !
  • Müəllif: admin
  • Tarix 2-07-2014, 17:37
  • Şərhlər : 7
  • Bölmə: Əsas, Son xəbərlər, Ailə psixologiyası, Uşaq psixologiyası
  • Baxılıb: 28653
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4458 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5031 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3509 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 25616 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 6418 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5164 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 3621 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 2661 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3327 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 1902 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reytinq
ILK-10 Azeri Website Directory