Qadın və kişi psixologiyasının fərqli tərəfləri

Qadın və kişi psixologiyasının fərqli tərəfləri

Məlumdur ki, qadınlarla kişilər bir -birindən həm fiziki,həm psixoloji cəhəttən köklü sürətdə fərqlənirlər.Aparılan araşdırmalar nəticəsində qadınların kişilər haqqında kişilərin də qadınlar haqqında dilə gətirdikləri bəzi faktlar ortaya çıxmışdır.Belə ki qadınların ən çox dilə gətirdikləri məsələ kişilərin onları dinləməməsi və onların duyğularına önəm verməməsi məsələsidir.Əslində isə bu məsələ kişilər tərəfindən tam fərqli məna kəsb edir.Kişi qadının problemini dinlər və bu problemdən çıxış yolu axtarar nəticədə isə qadına özünü rahat hiss etməsi üçün çıxış yolu məsləhət görər.Qadının axtardığı əslində çıxış yolu deyil.O,yoldaşının onun qayğısına qalmağını,onu əzizləməsini istər,belə olan halda isə yoldaşının bu məsləhətinə əks reaksiya verər və nəticədə kişi bu qıcığa məna verə bilmədikdə konfliktlər başlar.
Kişilərin isə dilə gətirdikləri məsələ qadınların onları “dəyişmək” istəməsi məsələsidir.Kişilər qadınların onları olduğu kimi qəbul etmələrini və onlara güvənib inanmalarımı istər.Bu məsələyə qadın tərəfdən baxaq.Görəsən həqiqətənmi qadınlar kişiləri “dəyişmək”istəyir?Bu tam normal haldır.Qadınlar kişiləri “dəyişmək”istəməklə onları qoruduqlarını zənn edərlər.Düşünürəmki bu da sevgidən xəbər verir.
Kişilərin xoşlamadıqları digər məsələ qadınların bəzən onlardan çəkinməsi,onlara müraciət etdikdə və onlardan hər hansı bir şey istədikdə utanmaları məsələsidir.Kişi qadınının onunla tam səmimi olmasının tərəfdarıdıdır.
Digər bir məsələyə də baxış keçirək. Kişi problemlə qarşılaşdıqda daha çox susmağa və məntiq çıxarmağa önəm verər.Qadın isə problemlə qarşılaşdıqda daha çox danışmağa üstünlük verər.Qadın danışırsa vacibdir ki kişi də sonacan ona qulaq assın.Əks halda qadın kişinin onu önəmsəmədiyini düşünər və məyus olar.Nəticədə daha bir konflikt başlar.
Belə nəticəyə gəlmək olarki,adətən tərəflər arasında yaranan konfliktlərin başlıca səbəbi biri birilərinin psixologiyasını bilməməsidir.Konfliktlər bizdən daha çox övladlarımıza təsir edir.Əgər düşünsək ki qarşımızdakı insan bizdən tam fərqlidir və onun psixologiyası da bizimki ilə eyni deyil düşünürəmki konfliktlər də azalar.Konflikt az olan yerdə isə həm biz sevgimizi qorumuş olarıq həm övladlarımızın gələcəyini.Ən azında övladlarımızın gələcəyi üçün biri birimizin psixologiyamızı öyrənməyə cəhd etməliyik.
  • Müəllif: admin
  • Tarix 2-07-2014, 17:29
  • Şərhlər : 2
  • Bölmə: Əsas, Son xəbərlər, Ailə psixologiyası
  • Baxılıb: 2906
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4458 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5031 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3509 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 25616 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 6418 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5164 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 3621 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 2661 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3327 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 1902 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reytinq
ILK-10 Azeri Website Directory