Həyatın mənası

Həyatın mənası

Viktor Emil Frankl "Loqoteapiya" adlı psixoterapiyanın banisi sayılır. Loqoterapiya yunan dilindən "loqos" sözündən götürülüb tərcümədə "məna, anlam" deməkdir. Bu terapiya mənanı əsas anlayış kimi götürür və "məna qazandırmaq yolu ilə" terapiya üsulundan istifadə etməyi təklif edir. Loqoterapiyaya görə insanda anadangəlmə var olan məna arzusu insanı ən çıxılmaz vəziyyətlərdə sığınabiləcəyi bir dəyərə, məqsədə, hədəfə istiqamətləndirə bilir. Yəni, loqoterapiyanın əsas məqsədi insanın həyatına bir məna qazandırmaq yolu ilə onun məqsəd və hədəflərini tapmasını təmin etməkdir. Ona görə də Loqoterapiyada hər bir motivasiyaya qiymət verilir və onların fəaliyyətlə nəticələnməsinə kömək edilir. Logoterapiyanı digər psixologiya məktəblərindən fərqləndirən nəzərə çarpan xüsusiyyəti, şəxsiyyətin inkişafında məna və məsuliyyətin əhəmiyyətinini vurğulamasıdır. Logoterapiyada insanın həyatında var olan ağrı və acıya da diqqət yetirilir. Belə ki, Frankla görə ağrı və acı da həyata məna qatan bir amildir. Əgər bundan qaçmaq mümkün deyilsə, onda ağrı və acını da həyatın bir hissəsi olaraq görməliyik.
Frankl həyatın mənası sualına hər hansı bir insanın dəqiq bir cavab verəbiləcəyinə şübhə ilə yanaşır. Onun fikrinə görə həyatın mənası insanda-insana, gündən-günə, saatdan-saata dəyişir. Elə buna görə də əsas olan həyatın mənasının nə olduğu deyil, insanın müəyyən bir anda ona verəcəyi spesifik cavabının nə olmasıdır. Frankla görə "həyatın mənası nədir?" sualına ümumi bir cavab vermək şahmat çempionundan "Ustad, şahmatda ən yaxşı gediş hansıdır?" -deyə soruşmağa bənzəyir. Çünki, şahmat oyununda daşların ən son vəziyyəti eləcə də rəqibin özünəməxsus şəxsi keyfiyyətləri nəzərə alınmazsa ən yaxşı gedişin nə olduğunu söyləmək qeyri-mümkündür. Bu insan həyatına da aiddir. Belə ki, insan həyatda heç vaxt mücərrəd anlam, məna axtarmamalıdır. Həyatda hər kəsin yerinə yetirəbiləcəyi bir vəzifəsi və bunu təmin edəcək xüsusi bir missiyası vardır. Bu vəzifəni ondan başqası yerinə yetirəbilməyəcəyindən eləcə də onun həyatı yenidən təkrarlanmayacağından, hər kəsin vəzifəsi təkrarolunmazdır. Frankla görə gündəlik həyatda rastlaşdığımız psixiatrik problemlər insanın həyatda bir məna tapmamasından və bunun yaratdığı mənəvi psixoloji boşluqdan qaynaqlanır.Onun düşüncəsinə görə əslində həyat biz insanları hər gün, hər saat sorğu-suala çəkir. Hər insan həyata öz həyatı ilə cavab verə bilər, çünki, bu yalnız insanın həyatda məsuliyyətli olması ilə mümkündür. Frankl bu sualın cavabının sözdən, hər hansısa bir dərin mənalı fikirdən yox, insanın davranışından ibarət olduğunu vurğulayır. Həyat, onun problemlərinə doğru cavabı tapma məsuliyyətini öz üzərinə götürmək, və fərdin daima qarşısına qoyduğu tapşırıqları həll etməkdir. Ona görə də həyatın mənası insanın daxili aləmində deyil, məhz xaricimizdəki həyatda axtarılmalıdır.

Psixoloq-Xoşqədəm Quliyeva
  • Müəllif: mpm
  • Tarix 8-06-2014, 18:49
  • Şərhlər : 1
  • Bölmə: Əsas, Son xəbərlər, Şəxsiyyət və Fərdiyyət
  • Baxılıb: 2250
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4933 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5660 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3945 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 26077 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 7305 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5661 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 4083 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 3074 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3791 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 2192 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reytinq
ILK-10 Azeri Website Directory