Internetden asililiq

Internetden asililiq

Siz saatlarla internetdə oturmağı xoşlayırsınız????Səhər duranda ilk işiniz kompyuteri yandırıb yoxlamaq ya da facebooka girməkdir??? Bu sizin internet asılılığınızın ilkin göstəricisidir.Bunu psixoloji pozğunluq adlandırmaq düzgün olmaz,bu sadəcə bir vərdişdir. Günümüzdə internet istifadəçilərinin sayı gündən-günə artmaqdadır.İnternet asılılığının ilk göstəricisi odurki,siz internet resurslarla çox maraqlanırsınız bu sadəcə məlumat toplamaq,oxumaq deyil bu müddət ərzində siz həmdə mexaniki olaraq müxtalif saytlara da səbəbsiz olaraq girirsiniz.Məsələn tez-tez emailinizi yoxlayırsınız halbuki vacib məktub gözləmirsiniz,amma sadəcə olaraq məktub görmək arzusuyla girirsiniz.Asılılığı insanlar özləri hiss etməsələr də bunu kənardakı insanlar onlara bildirər.İnternetdə çox oturursan sözlərindən bele nəticə çıxartmaq olarki siz boş vaxtınızın çoxunu sosial şəbəkələrdə kiminləsə yazışmağa xərcləyirsiniz və bu halda da realda dostlarınızla,yaxınlarınızla görüşməyə vaxt qalmır.İnternet asılılığın digər göstəricilərinə aid bir misal da göstərmək istərdim.Məsələn kiməsə zəng etmək əvəzinə onun emailinə və yaxudda facebook profiline yazırlar,dostlarla görüşdüklərində soruşduqları ilk sual Wİfi var?
İnternet asılılığı müalicəsi olan bir problemdir. Müalicənin təcrübəli insanlar tərəfindən aparılması məqsədəuyğundur. Yeni bir anlayış olduğu və klinik təcrübələrdə az istifadə edildiyi üçün internet asılılığının müalicəsində bir sıra ciddi nöqsanlar üzə çıxır. Buda gənclərin həyatına ciddi şəkildə təsir göstərir. İnternet asılılığını müalicə etmək üçün, dünyada bir çox təşkilatlarda internet asılılığı xidmətləri açılmışdır.



Kompyuter arxasında nə qədər əyləşmək olar?
- Bu yaşa görə dəyişir. Araşdırmalardan müəyyən edilmişdirki, 7 yaşına qədər olan uşaqlar kompyuter arxasında bir gündən bir 20 dəqiqədən çox əyləşməməlidir. Bu müddər artarsa təhlükəli vəziyyət ola bilər.Çünki uşaqlıq vaxtından insanlarda ünsiyyət vərdişləri formalaşır. Uşaq o yaşda reallıqdan uzaqlaşırsa, onu reallığa qaytarmaq qeyr-mümkün olacaq. 7-12 yaşında uşaqlar 30 dəqiqə kompyuter arxasında ola bilər.12-14 yaşlı uşaqlar gündə 1 saat, 14-17 yaş arasında olan yeniyetmələr isə 1 saat yarım əyləşə bilər. Yaşlı insanlarda bu rəqəm 5 saatdan çox olmamalıdır. Əgər sizin işiniz internet və ya kompyuterlə bağlıdırsa, həftədə bir dəfə kompyuterə yaxın getməməyə çalışın.
İnternet asılılığının bir neçə növü var. Bunlardan biri veb-axtarışdır. Bu zaman insan məqsədli və ya məqsədsiz şəkildə daim saytlarda informasiya axtarır,halbuki bu informasiyaların onun üçün heç bir xeyri yoxdur,ancaq və ancaq vaxt itkisidir. İkinci növ virtual ünsiyyətdir.İnsanların çoxu real həyatdakı yox məhz virtualdakı tanışlıqlara can atırlar.İnternet asılılığı olan bu cür şəxslər daima chatlarda,sosial şəbəkələrdə olurlar,xeyli insanlarla tanış olmaq istəyirlər.
İnternet asılığından nece yaxa qurtarmaq olar?İlk olaraq bunu başa düşməlisinizki bu sizin probleminizdir və bu problem sizdın başqa hec kəs aydınlaşdıra bilməz. 1ci addım gündəlik internetdə olduğunuz vaxtı hesablayın və hansı hissəsinin vacib iülərə həsr olunduğunu qeyd edin.Həmin vaxt sizin internetdə keçirdiyiniz minimumdur.. Tutaqki bu 2 saatdır.Hər gün kompyuteri açarkən saata baxin və çalışın 2 saatdan artıq internetdə olmayasınız.. Adətən rəngli kağızlarda kompyuterdə az otur, internetə yox kimi sloganları yapışdırmaqda kömək edir. Amma calışın ki, sloganlar bir az sərt olsun . Uşaqda yaradıcı işə, rəsm çəkməyə və ya idman növünə maraq oyatmaqla onu kompyuterdən ayırmaq olar. Yaşından asılı olmayaraq insanlar hər zaman ünsiyyət vərdişlərini inkişaf etdirməlidir.
Digər metod lazımsız saytları, vaxt keçirmək üçün girdiyiniz saytları kompyuterde blok eləməkdir. Təcrübələr əsasında müəyyən edilmişdirki bele saytlar əsasən sosial şəbəkələrdir.Ev heyvanı saxlamaq da asılılığın azalmasına səbəb olur, amma çalışınki ki onun bütün məsuliyyəti sizin uzerinizdə olsun.
Psixoloq-Nigar Əliyeva
  • Müəllif: mpm
  • Tarix 8-06-2014, 18:45
  • Şərhlər : 2
  • Bölmə: Əsas, Son xəbərlər, Şəxsiyyət və Fərdiyyət
  • Baxılıb: 3300
Bu bölməyə aid digər məqalələr:     
Hörmətli qonaq şərh yazmaq və saytın digər imkanlarından yararlanmaq üçün, Xahiş edirik qeydiyyatdan keçin və ya öz hesabınıza daxil olun.
Son xəbərlər
Baxılıb: 4517 | Şərhlər: 6 | Müəllif: mpm
Baxılıb: 5170 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 3569 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 25674 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 6650 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 5285 | Şərhlər: 4 | Müəllif: mpm
Baxılıb: 3687 | Şərhlər: 2 | Müəllif: mpm
Baxılıb: 2705 | Şərhlər: 3 | Müəllif: mpm
Baxılıb: 3373 | Şərhlər: 0 | Müəllif: mpm
Baxılıb: 1918 | Şərhlər: 2 | Müəllif: mpm
Mütəxəssislər

Online əlaqə
info
Sorğu

Saytda yerləşdirilən movzülar sizi qane edirmi?

Əla
Yaxşı
Kafi
Qeyri kafi

 
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reytinq
ILK-10 Azeri Website Directory